Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

2 yaşlı uşaq bacısını güllələyib öldürdü
2 yaşlı uşaq bacısını güllələyib öldürdü
07 Aprel 2014 / 11:49 / Baxış sayı: 62
Font1 Font2 Font3 Font4

Filadelfiya şəhərində dəhşətli hadisə baş verib 

Amerikanın Filadelfiya şəhərində dəhşətli hadisə baş verib. Evlərin birində 2 yaşlı uşaq 11 yaşlı bacısını tapança ilə güllələyib. Uşaq silahı valideynlərinin yataq otağından tapıb. O, tapançanı oyuncaq zənn edib və bacısını qorxutmaq istəyib. Qəfildən silah açılıb və güllə 11 yaşlı qızın qarnına dəyib.
Hadisə baş verərkən uşaqların anası evdə olub. Qadın azyaşlı oğlunu 5 dəqiqəlik nəzarətsiz buraxan zaman bədbəxt hadisə baş verib. Silah səsinə gələn ana qızını qan içində yıxılmış halda tapıb. Ağır yaralanan qız xəstəxanaya yerləşdirilsə də, həkimlər onun həyatını xilas edə bilməyiblər. Qeyd edək ki, faciə yaşayan ailə üzvləri bildiriblər ki, həmin tapançanı onlara ailə dostlarından biri hədiyyə edib.  Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə