Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ayan: “Hələ gözləsin. Çox şeyləri ortaya çıxaracam”
Ayan: “Hələ gözləsin. Çox şeyləri ortaya çıxaracam”
07 Aprel 2014 / 12:55 / Baxış sayı: 58
Font1 Font2 Font3 Font4
Müğənni Ayan Fuzuli Musayevin onunla bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.  O, “Qafqazinfo”ya açıqlamasında öncə danışmaq istəmədiyini bildirsə də, daha sonra qızının atasının fikirlərinə sərt reaksiya verib: “Ayan necə səhvdir ki, o, 30 illik arvadını atıb, 7 il mənimlə yaşayıb. Üstəgəl ondan övlad da dünyaya gətirmişəm”.

Qeyd edək ki, Füzuli Musayev açıqlamasında Ayanla münasibətini həyatının ən böyük səhvi adlandırıb: “Bu əhvalat mənim həyatımın ən böyük səhvidir. Bəli. Bu mənim ən böyük səhvimdir. Kimsə məqsədyönlü şəkildə KİV-də bu məsələni dayandırmır. Ancaq mən özüm bu aylar ərzində heç vaxt bu mövzuda danışmamışam və gələcəkdə də danışmaq niyyətim yoxdur. Sizdən də xahiş edirəm ki, bu məsələni çox diqqətdə saxlamayasınız. Hazırda məni narahat edən yeganə məsələ ailəm və uşaqlarımdır. Yenə deyirəm – bu mənim ən böyük səhvimdir”.
* * * * *
Ayan publika.az-a açıqlamasında Füzuli Musayevin subay olduğunu qeyd edib:
“Mən ondan uşaq dünyaya gətirəndə o, subay idi. İndi ortaya çıxıb səhvlərindən danışır. Məni əsəbiləşdirməsin, onun boşanma kağızını ortaya çıxararam. Aramızda 7 illik münasibət olub. Mən uşağı tək dünyaya gətirməmişəm. Hansı xoşbəxt evlilikdən danışır, onun arvadı var? Hansı arvaddan danışır?
Mənimlə çəkdirdiyi o xoşbəxt şəkillər hara getdi, bəs..? Hələ gözləsin. Çox şeyləri ortaya çıxaracağam”.

arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə