Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ziya Məmmədov əsgərliyə gedənləri daşıdığına görə pul istəyir
Ziya Məmmədov əsgərliyə gedənləri daşıdığına görə pul istəyir
07 Aprel 2014 / 13:10 / Baxış sayı: 144
Font1 Font2 Font3 Font4

“Quba-Nəqliyyat” ASC Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsini məhkəməyə verib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, ASC-nin avtobusları bir müddət öncə hərbi çağırışçıları – əsgərliyə gedən gəncləri avtobusla aparıb. Sonra isə ASC bu işə görə pul tələb edib. Belə ki, ASC Səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətinin Quba rayon şöbəsi qarşısında çağırışçıların daşınması nəticəsində yaranmış borcun tutulması barədə məhkəmə iddiası qaldırıb.

İddiaya Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində baxılıb və işi “Quba-Nəqliyyat” ASC udub. Növbəti instansiyada – Sumqayıt Apellyasiya Məhkəməsində keçirilən prosesin sonunda da ASC qalib gəlib. Növbəti mərhələdə işə Ali Məhkəmədə baxılacaq.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə