Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ermənistan azərbaycanlı ailəyə siyasi sığınacaq verdi
Ermənistan azərbaycanlı ailəyə siyasi sığınacaq verdi
07 Aprel 2014 / 15:01 / Baxış sayı: 54
Font1 Font2 Font3 Font4

Cavid Orucov həyat yoldaşı və uşaqları ilə birlikdə düşmən ölkədə yaşamaq hüququ qazanıb 

Bir müddət əvvəl Azərbaycandan «qaçaraq» Gürcüstan vasitəsi ilə Ermənistana sığınan Cavid Orucov və ailə üzvlərinə bu gün siyasi sığınacaq verib. Onlar həmçinin qaçqın statusu alıblar. JAM.AZ xəbər verir ki, bu barədə məlumatı Ermənistan Miqrasiya Xidmətinin rəis müavini İrina Davityan məlumat verib.

O bildirib ki, Cavid Orucov, onun həyat yoldaşı Roza Mirzoyeva və üç uşaqları ilə birlikdə İrəvan hökumətinə siyasi sığınacaqla bağlı bu ilin əvvəlində müraciət ediblər. Davityan qeyd edib ki, onların müraciətinə baxılıb və müsbət cavab verilib. O vurğulayıb ki, bu status Orucov ailəsinə Azərğbaycanda «təzyiqlər dayandırılana» və «qorxu problemi aradan qalxana» qədər davam edəcək.

Davityan həmçinin azərbaycanlı ailəyə Ermənistan vətəndaşlığı verilib-verilməyəcəyi məsələsinə də aydınlıq gətirib. O deyib ki, bu məsələ hazırda müzakirə mövzusu deyil və zərurət olduğu təqdirdə ona baxılacaq.

JAM.AZ xatırladır ki, Cavid Orucov və ailə üzvləri ötən ilin sonlarında Gürcüstana keçərək, oradan Ermənistana miqrasiya ediblər. Orucov Ermənistan dövlətindən siyasi sığınacaq istəməsini belə əsaslandırıb ki, guya, həyat yoldaşı Roza Mirzoyeva erməni əsilli olduğundan Azərbaycan hakimiyyəti onu və ailə üzvlərini ölümlə hədələyir. Ermənistan hökuməti isə əlinə düşən fürsətdən istifadə edərək, mövcud informasiya müharibəsi fonunda bundan yararlanmağa çalışıb. Cavid Orucovun Bakıdakı ailə üzvləri ona hər hansı bir təzyiq olmadığını və onun yalan danışdığını deyiblər. Validyenlərinin mətbuata verdiyi açıqlamasında vurğulanır ki, Cavid bir müddət əvvəl də ölkəni tərk edib və Avropa dövlətlərinin birində siyasi sığınacaq almaq istəyib. Lakin istəyi baş tutmayıb. Bunun ardından isə Ermənistana keçərək, oradan üçüncü ölkəyə ötürülməsi fikrinə düşüb.


arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə