Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Elnur Aslanovla bağlı kəşfiyyat məlumatları yayıldı
Elnur Aslanovla bağlı kəşfiyyat məlumatları yayıldı
07 Aprel 2014 / 17:15 / Baxış sayı: 46
Font1 Font2 Font3 Font4

Vurulmuş məmur Elnur Aslanovun tarixçəsini Qərbin müəyyən dairələrinin diqqətindən kənarda qalan çox lokal, xırda məsələ sayanlar möhkəm yanılırlar. Çox maraqlıdır ki, prezident seçkiləri ərəfəsində bu prosesi qaralayıb ləkələmək üçün misilisiz bir kampaniyaya başlayan anti-Əliyev qüvvələr Aslanovun vurulmasından sonra ehtizaza gəliblər. Onlar kövrək notlarda olan bu hisslərini açıq-aşkar büruzə verirlər. Hər halda prezident İlham Əliyevin əsas tənqidçiləri E.Aslanov işi ətrafındakı proseslərin necə cərəyan etməsini xüsusi maraq və həyəcanla (buna narahatlıq demək düz olmazdı) izləyir. 

Məsələn, Twitter sosial şəbəkəsinin fəal istifadəçisi, Azərbaycandakı vəziyyət və prosesləri az qala zərrəbinlə izləyən və ölkəmizi hər fürsətdə tənqid edən Keti Pirs (Katy Pearce) postsovet ölkələri üçün “rəngli inqilablar” ssenarisini müəyyənləşdirərkən Elnur Aslanovun “təqaüdçü vəzifəsi”nə – Rabitə Nazirliyinə şöbə müdiri postuna təyin edilməsi barədəki xəbəri böyük həvəslə göydə tutdu.

İlk baxışda belə düşünə bilərsən ki, hansısa bir məmuru bir vəzifədən götürür, az sonra isə onu nəzərə o qədər də çarpmayan başqa bir vəzifəyə qoyursan. Amma yox! Keti Pirs bu məsələyə ayrı gözlə və çox diqqətlə baxır.

Yeri gəlmişkən, həmin bu Keti Pirs 2013-cü il prezident seçkiləri ərəfəsində və seçkidən sonra Əliyev hakimiyyətini seçkiləri ölkə boyunca saxtalaşdırmaqda və repressiya siyasəti yürütməkdə açıq-açığına və çox sərt şəkildə tənqid edirdi. İndi isə o, bir “Elnur Aslanov obrazı” əkib-becərir.

Bu da Keti Pirsin messeci.

Lakin Sietldən olan hansısa internet fəalı Keti Pirs Elnur Aslanova dəstək qrupunda tək deyil. Uzaq və balaca Azərbaycandakı proseslər bu xanımdan ötrü məntiqlə əslində ən axırıncı dərəcəli məsələ olmalıdır. Amma belə deyil. Özü də Keti Pirs E.Aslanovun yaxın məsləkdaşı və əqidədaşı, Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) rəhbəri Fərhad Məmmədovun bəyanatına əsaslanır.

Bəli, bəli, söhbət F.Məmmədovun 10 saatdan sonra tələm-tələsik təkzib eləməyə çalışdığı həmin o qalmaqallı müsahibədən gedir. SAM rəhbəri həmin müsahibəsində E.Aslanovun balaca vəzifəyə təyin olunmasından təəssüfləndiyini bildirmiş, həmin postu E.Aslanovdan ötrü “təhqiramiz dərəcədə aşağı vəzifə” saydığını demişdi.

F.Məmmədov haqqin.az və virtualaz.org saytlarını məhkəmə ilə də hədələmişdi. Amma azadlıqsevər bir amerikalı kimi davranmalı və “totalitar dövləti” (axı o, Azərbaycanı belə adlandırır!) təmsil edən məmurlarla polemikaya girmiş müstəqil jurnalistlərin tərəfində durmalı olan bu sietlli araşdırmaçı-xanım ağlagəlməz şəkildə akrobatik sıçrayışla hoppanıb məmur Fərhad Məmmədovun haqqin.az və virtualaz.org saytlarına qarşı bəyanatını göydə tutur. Keti Pirs həmin bəyanatı daha sonra sosial şəbəkələrdə paylaşıb tirajlayır. Özü də F.Məmmədovun müsahibəsini contact.az saytının timsalındakı “məxməri inqilabçı” nəşrlər tirajlayıb yayır. Niyə? Prezidentin şəxsinə, şəxsiyyətinə açıq nifrət bəslədikləri halda onların Əliyevin məmuruna belə güclü sevgisi haradan qaynaqlanır?

Bundan əlavə, dövlətə və prezidentə xidmət etməli olan məmur haqqin.az və virtualaz.org saytlarına hücum çəkən bu “narıncı inqilab”çı xanıma ötürmə verir. Bu, təzaddırmı? Bəlkə düşünmək üçün materialdır?

Buyurun, bu da skrinşot:

Bu “narıncı inqilabçı” xanım bilirsinizmi nə yazır?! Keti Pirs yazır ki, Azərbaycanda bir qrup qoca və mürtəce məmur Elnur Aslanov, Fərhad Məmmədov və Ceyhun Osmanlı kimi gənc və istedadlı islahatçıları nurçuların ifşa olunması kampaniyası çərçivəsində sistemdən və dövlət aparatından vurub çıxarmağa çalışır. E.Aslanovun vəzifədən çıxarılması barədəki sərəncamda prezident İlham Əliyevin imzasının olduğunu nəzərə alanda amerikalı bloggerin bu mesajının mahiyyəti lap aydınlaşar.

Hələ baxın bir, görün Keti Pirs hansı məqaləni tvit eləyib! Bu məqalə Azərbaycanda Elnur Aslanova və onun yaxın ətrafında olan Fərhad Məmmədova qarşı niyə guya “ovlama əməliyyatı” başlandığını izah edir.

 

Rəbiyyət Aslanovanın (Elnur Aslanovun deputat anasının) gəldiyi əqli nəticənin ziddinə olaraq dövlət məmuru siyasətlə məşğul ola bilməz. Amma bu “gənc islahatçı”lar öz fikir və “analitik düşüncələri”ni, xüsusən də Azərbaycan-İran münasibətləri kimi ağrılı məsələyə dair baxışlarını əllərinə düşən hər fürsətdəcə yayıb tirajlayırdılar. Buyurun, Natali Gulet (Nathalie Goulet) öz Twitter dostlarını İlham Əliyevin İran səfəri ərəfəsində “yaxşı məqalənin dərc olunması” barədə məlumatlandırır.

Xanım blogger bu mesajı yazandan sonra üç alov işarəsi qoyub. Yəni ki, afərin, “aslanovçu” uşaqlar verilmiş sxem üzrə işləyir və aranı yaxşıca qızışdırırlar…

Bu da sizə Elnur Aslanov üçün nəzərdə tutulmuş “yaxşı məqalə”dəki əsas informasiya (aşağıdakı skrinşota bax).

Yazıda deyilir ki, iki ölkə (Azərbaycanla İsrail nəzərdə tutulur) arasındakı strateji münasibətlər nisbətən ehtiyatlı xarakter daşıyırdı. WikiLeaks saytında dərc edilən və 2009-cu ilə aid olan diplomatik depeşedə yazılanlara görə, “Əliyev Azərbaycan-İsrail münasibətlərini bir dəfə 9/10 hissəsi suyun altında olan aysberqlə müqayisə etmişdi”.

Sual olunur: prezident İlham Əliyevin İrana rəsmi səfəri ərəfəsində belə bir məqalənin dərc olunması hansı məqsədlərə xidmət edir? Cavab özlüyündə aydındır. Bütün bu yazışmalar və reqlamentləşdirilməmiş təmaslar Elnur Aslanovun əsl simasını açıb göstərir. O, doğrudan da prezidentin siyasətinin tərəfdarı imiş. Amma ayrı, tamam başqa, özgə prezidentin. Azərbaycan prezidentinin yox!

2013-cü ilin oktyabrında Azərbaycanda keçirilmiş prezident seçkilərindən bir gün qabaq baş verən daha bir qalmaqalı yada salanda isə Aslanovun təxribatçı pozuculuq fəaliyyətinin miqyası adamı dəhşətə gətirər. Xatırladaq ki, “səsvermənin hazır nəticələri” o vaxt seçkiyə bir gün qalmış çox qəribə və müəmmalı şəkildə müxalifət mətbuatının əlinə düşmüşdü. Sonra buna belə izah verildi ki, nəsə uğursuz mobil yükləmə baş verib, informasiya siyasətində yanlışlıq olub deyə kənara belə məlumatlar sızıb.

Prezident seçkiləri kampaniyası çərçivəsində Prezident Administrasiyasında informasiya texnologiyalarına görə kim cavabdeh idi? Bəli, PA-nın siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri. Həmin bu Elnur Aslanov. Və bu qurama xəbər (onu istəyirsiniz texniki uğursuzluq adlandırın, istəyirsiniz saxtakarlıq) nəyə görəsə gedib Qərb xüsusi xidmət orqanlarının bilavasitə nəzarəti altındakı Azərbaycan mühacir mətbuatının redaksiyasına, efirinə düşdü.

Böyük ehtimalla Milli Təhlükəsizlik Nazirliyinin əməliyyatçılarında və müstəntiqlərində Elnur Aslanova veriləsi xeyli sual var. Üzərində düşünüləsi məsələdir.

Bunlar hələ “İmam Aslanovun işi” adlı dosyeyə toplanan informasiyaların cüzi hissəsidir. Siz kimsiniz, cənab Aslanov? Bəlkə həqiqətin üstünə hər halda azacıq işıq salasınız?!

Bizixmeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə