Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Polkovnik özünü niyə asdı?
Polkovnik özünü niyə asdı?
08 Aprel 2014 / 11:12 / Baxış sayı: 34
Font1 Font2 Font3 Font4

Müdafiə Nazirliyi dünən özünü asaraq intihar edən Hərbi Hava Qüvvələrinin zabiti, polkovnik-leytenant Balıyev Natiq Bəşir oğlu ilə bağlı məlumat yayıb. Hadisə ilə bağlı cinayət işi başlanıb, Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır.

Nazirliyin yaydığı məlumatda daha sorna qeyd olunur ki, Kütləvi İnformasiya Vasitələrində yayılan məlumatlarda onun ölümünə səbəb kimi guya vəzifəsinin aşağı salındığı qeyd olunur. Müdafiə Nazirliyi bildirir ki, mərhum polkovnik-leytenant N.Balıyev 12.07.2013-cü il tarixində Müdafiə Nazirliyində yuxarı vəzifəyə təyin olunub, xidməti nəzərə alınaraq ona 11.01.2014-cü ildə növbəti “polkovnik-leytenant” hərbi rütbəsi verilib. Eyni zamanda polkovnik-leytenant N.Balıyev nazirlik tərəfindən 22.01.2014-cü tarixdə Bakı şəhərində 3 otaqlı xidməti mənzillə təmin edilib. Hadisə də məhz ona verilmiş xidməti mənzildə baş verib. Tarixlərdən göründüyü kimi, mərhum N.Balıyevə Müdafiə Nazirliyi tərəfindən diqqət və qayğı göstərilib.

Müdafiə Nazirliyi dəqiqləşdirilmədən yalan məlumat yayan şəxsləri qınayır və ordu haqqında məlumat verərkən həssas yanaşılmasını tövsiyə edir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə