Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Etalon” MMC ARDNŞ-nin təhlükəsizlik idarəsini “yeyir”
“Etalon” MMC ARDNŞ-nin təhlükəsizlik idarəsini “yeyir”
08 Aprel 2014 / 12:23 / Baxış sayı: 238
Font1 Font2 Font3 Font4

İdarənin 33 maşını MMC-yə verilib; qurumda qorxu mühiti hökm sürür

“ARDNŞ-in təhlükəsizlik idarəsində qanun pozuntuları ilə müşahidə olunan proseslər gedir. Hec bir meyar göstərilmədən ixtisarlar adı altında arzuolunmaz şəxslər zorla işdən cıxma haqda ərizə yazdırmaq istəyirlər” – bu haqda “Yeni Müsavat”a ARDNŞ təhlükəsizlik idarəsində çalışan və adının çəkilməsini istəməyən mənbə bildirib.

“Bir neçə gün əvvəl mühəndislər yığışıb idarə rəisi Rəşad Əliyevin qəbuluna getdilər. Onlar idarədə nə baş verdiyini, “Etalon” MMC adlı qurumun kimin tapşırığı, hansı qanuni əsaslarla, hansı vəsaitlə yaradılması aydınlaşdırmağa getdilər. Rövnəq Abdullayevin yaxın adamı olan, əvvəllər Milli Təhlükəsizlik Nazirliyində çalışan Rəşad Əliyev mühəndisləri kabinetindən qovub. O deyib ki, sizi pəncərədən çölə ataram. Onun kəsdiyi başa söz yoxdur deyə mühəndislər kor-peşiman geri qayıtdılar. Təhlükəsizlik idarəsinin bazasında “Etalon” MMC-nin yaradılması barədə hec bir rəsmi məlumat yoxdur”.

Mənbə deyib ki, ARDNŞ-in təhlükəsizlik idarəsinə qurumun nəqliyyat sexi də tabedir: “Nəqliyyat sexinin rəisi Etiram İmanov da Naxçıvandandır və Rəşad Əliyev onun əli ilə təhlükəsizlik idarəsinə məxsus 33 maşını “Etalon” MMC-yə ötürüb. MMC-yə təhlükəsizlik idarəsində işləmiş Xanlar adlı şəxsi rəhbər təyin ediblər. Həmin maşınlar Bayılda, 20-ci sahədə çalışır. Bu günə kimi təhlükəsizlik idarəsindən 1500-ə yaxın işçisini çıxarıblar. İşdən çıxarılanlara öz xahişi ilə işdən getmə ərizəsi yazdırırlar. Kimsə ağzını açıb danışmır. Çünki onlar özlərini hər bir hadisə törətməyə qadir olan qüvvələr kimi göstərirlər”.

Mənbə dövlət orqanlarına müraciət edərək ARDNŞ təhlükəsizlik idarəsinin hesabına yaradılan “Etalon” MMC-nin yoxlanılması, işdən çıxarılan işçilərin hüquqlarının bərpa olunmasını istəyib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə