Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Zakir Həsənov ölkənin taleyi ilə oynayır”
“Zakir Həsənov ölkənin taleyi ilə oynayır”
08 Aprel 2014 / 13:20 / Baxış sayı: 30
Font1 Font2 Font3 Font4

“Son itkilər ordu rəhbərliyinə təsadüfi adamların gətirilməsi ilə bağlıdır”

“Hərbi Jurnalistlər” İctimai Birliyinin sədri polkovnik Üzeyir Cəfərov Moderator.az-a açıqlamasında aprelin 7-də cəbhənin Füzuli istiqamətində baş verən mina partlayışı nəticəsində xeyli sayda hərbçinin ölməsi və yaralanması faktına münasibət bildirib. Yaralılanan hərbçilərin sayının rəsmi məlumatda yer alan rəqəmdən daha böyük olduğunu qeyd edən ekspert, baş verən itkiləri ordu rəhbərliyinə səriştəsiz şəxslərin gətirilməsi ilə əlaqələndirib:
“Öncə onu deyim ki, rəsmi məlumatlarda yaralı hərbçilərin sayı 4-6 arasında göstərilsə də, mənim əldə etdiyim məlumata görə, onların sayı əslində 10-dan çoxdur. Z.Həsənovun hadisə yerinə getməsinə gəlincə, bu, heç nəyi dəyişməyəcək. Yəqin ki, müdafiə naziri ən çoxu əsəbilik göstərib 3-4 şəxsi cəzalandıracaq ki, bu da problemin həlli deyil. Əslində son vaxtlar orduda baş verən itkilərin arxasında təsadüfi adamların ordu rəhbərliyinə gətirilməsi həqiqəti dayanır. Heç bir səriştəsi, bilik və bacarığı olmayan insanlar yüksək postlara gətirilir ki, nəticədə bu kimi faciələr meydana çıxır. Bu baxımdan, Z.Həsənov ölkənin taleyi ilə oynayır. Dünyanın bütün  ölkələrində orduda xidmət edən yüksək rütbəli zabitlərin intihar etməsi faktına nadir hallarda rast gəlinir. Azərbaycanda isə ötən gün Hərbi Hava Qüvvələrinin zabiti, polkovnik-leytenant Natiq Balıyev yaşadığı mənzildə özünü asaraq intihar edib. Bunun özü də ordudakı ruh düşgünlüyünün göstəricisidir”.
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə