Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Cəbhədə yaralanan iki hərbçi Bakıya gətirildi
Cəbhədə yaralanan iki hərbçi Bakıya gətirildi
08 Aprel 2014 / 13:27 / Baxış sayı: 58
Font1 Font2 Font3 Font4

Müdafiə Nazirliyinin mətbuat xidməti aprelin 7-də cəbhənin Füzuli istiqamətində mina partlaması nəticəsində ağır yaralanan hərbi qulluqçularla bağlı yeni məlumat yayıb.

Məlumatda deyilir ki, ağır yaralanan hərbi qulluqçular Musayev Bəhruz Məhəmmədəli oğlu və Talıbov Emin Talıb oğlu hərbi-sanitar helikopter vasitəsilə Bakı şəhərinə gətirilib. Təcili təxirəsalınmaz yardım göstərilməsi üçün yaralılar Silahlı Qüvvələrin Baş Klinik Hospitalına yerləşdirilib.

Hazırda müdafiə naziri general-polkovnik Zakir Həsənov hadisə yerindədir. Hadisə ilə bağlı cinayət işi başlanıb, Hərbi Prokurorluq araşdırma aparır.

arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə