Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Pilot iki nəfəri girov götürdü – “Məni MOSSAD agentləri izləyir”
Pilot iki nəfəri girov götürdü – “Məni MOSSAD agentləri izləyir”
08 Aprel 2014 / 13:29 / Baxış sayı: 24
Font1 Font2 Font3 Font4

Türk Hava Yollarının pilotu ticarət mərkəzində 2 nəfəri girov götürüb.  Avropa.info-nun Türkiyə mətbuatına istinadən məlumatına görə, pilot Yavuz Özsoy evindən çıxaraq ticarət mərkəzinə gedib. İkinci mərtəbəyə qalxan pilot ev alqı-satqısı agentliyinə girərək içərdəki iki nəfəri tapança ilə qorxudaraq girov götürüb.

“Məni MOSSAD agentləri izləyir” deyən pilot əmlakçı və müştərisini girov götürüb.  Dərhal polisə məlumat verilib. Polis 20 dəqiqə danışaraq pilotu razı sala bilib. Pilot silahını polisə verərək təslim olub.  Həbs edilən Yaşar Özsoy izahat verib. Onu şizofreniya xəstəsi olduğu üçün əsəb xəstəlikləri xəstəxanasına yerləşdiriblər. Hadisə günü pilotun uçuşu olduğu iddia edilib.

Qeyd edək ki, iki il bundan qabaq İstanbuldan Vaşinqtona uçan təyyarə Atatürk hava limanından qalxmış, lakin təyyarədə nasazlıq yaranmışdı. Kapitan pilot Yavuz Özsoy və köməkçi pilotlar yanacağı dənizə boşaldaraq təyyarəni sağ- salamat yerə endirmişdi.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə