Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Aydın Əliyevlə “NOVCO” Şirkətlər Qrupunu nə birləşdirir?
Aydın Əliyevlə “NOVCO” Şirkətlər Qrupunu nə birləşdirir?
08 Aprel 2014 / 13:31 / Baxış sayı: 1022
Font1 Font2 Font3 Font4

Fərid Novruzi əcnəbi səfirliyə məxsus avtomobildə gəzir

Son vaxtların ən dəbdə olan mövzusu “Fətullah Gülən məsələsi”, daha doğrusu, bu təriqətin Azərbaycanda olan “uzantısı”dır. Hətta Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin sabiq müdiri Elnur Aslanov məhz bu təriqətə mənsub olmasına görə vəzifəsindən uzaqlaşdırılıb. Yayılan məlumatlardan o da aydın olur ki, Elnur Aslanov bu təriqətin sıradan bir üzvü deyil, rəhbəri olub. Və ətrafında xeyli sayda gəncləri, imkanlı şəxsləri, iş adamlarını, biznesmenləri birləşdirib.
Elnur Aslanovun biznes şəbəkəsinə daxil olduğu söylənilən şəxslərdən biri də “NOVCO” Şirkətlər Qrupunun rəhbəri Fərid Novruzidir.

Qafqaznews.az-adaxil olan məlumata görə, 40-a yaxın brend mağazanın və bir çox şirkətlərin birləşdiyi QRUP-un əməkdaşları arasında xeyli sayda təriqət üzvü var.  Həm də bu QRUP-un az vaxtda əldə elədiyi maliyyə uğurları əsl möcüzədir. Dünyanın heç bir yerində qısa vaxtda belə iqtisadi irəliləyiş ola bilməz. Ümumiyyətlə, QRUP-un az vaxtda əldə elədiyi gəlirləri heç iqtisadi qanunlarla da izah eləmək mümkün deyil.

Təkcə onu qeyd edək ki, Fərid Novruzi Afrikada acından ölənlərə 150 min avro yardım edib. Görəsən bu pulların mənbəyi nədir? O, bu pulları kimin göstərişi ilə paylayıb.

Qısa araşdırma zamanı bizə məlum oldu ki, Fərid bəy Şirkətlər Qrupunu doğma qardaşı Elsel Novruzi ilə şərik işlədir. Elsel Novruzi isə Gömrük Komitəsinin sədri cənab Aydın Əliyevin kürəkənidir. Digər maraqlı məsələ odur ki, Fərid Novruzi həmişə Səudiyyə Ərəbistanı dövlətinin ölkəmizdəki səfirliyinə, diplomatik korpusa məxsus qırmızı nömrəli BMW-750-də gəzir.

Görəsən, Fəridlə xarici ölkə səfirliyinin hansı əlaqəsi var..?  Ümumiyyətlə, bu QRUP-la bağlı xeyli suallar var. 114 seriya nömrəli xeyli sayda bahalı avtomobillər kimlərə məxsusdur..?


arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə