Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Artıq Minsk Qrupundan ümidi kəsmək lazımdır “
“Artıq Minsk Qrupundan ümidi kəsmək lazımdır “
08 Aprel 2014 / 13:41 / Baxış sayı: 50
Font1 Font2 Font3 Font4

Rasim Musabəyov: “Azərbaycanın mənasız və nəticəsiz görüşlərə getmək marağı yoxdur “

“Həmsədr ölkələrin nümayəndələri təmas xəttində dəfələrlə monitorinqlər keçirir, ancaq hər zaman mənasız bəyanatlarla çıxış edirlər”.
Rusiya ilə Qərb arasında gərginliyin arması ilə əlaqədar olaraq bir çox böyük dövlətlərin Azərbaycana olan marağını artırıb. Bu təbii ki, Azərbaycanının yerləşdiyi ərazinin geosiy1asi əhəmiyyəti əlaqədardır. Bir neçə gün əvvəl ABŞ-ın Dövlət Katibi Con Kerrinin Azərbaycana səfər edəcəyi ilə bağlı məlumatlar yayılsa da dünün səfirlikdən səfərin təxirə salınması ilə bağlı məlumat verildi. Kerrinin səfəri zamanı Dağlıq Qarabağ məsələsinin də əsas müzakirə mövzularından biri olacağı güman edilirdi. Amma səfər son anda təxirə düşdü. Daha sonra isə Fransa prezidenti Fransua Olland bu il mayın 11-12-də Azərbaycanda səfərə gələcəyi haqqında məlumat yayıldı. Fransa prezidenti Azərbaycandan sonra Ermənistan və Gürcüstana səfər edəcək. Nəzərə alsaq ki, Fransa ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biridir, o zaman bu səfərdə də Dağlıq Qarabağ məsələsiniin geniş müzakirə olunması ehtimal olunur. Bu səfərlərdən Dağlıq Qarabağ danışıqlarından hansısa irəliləmə gözləmək olarmı?
PİA.AZ-ın əməkdaşı bu sualla politoloq, millət vəkili Rasim Musabəyova müraciət edib. Rasim Musabəyov ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ probleminin həllində nəyəsə nail ola biləcəyinə inanmadığını bildirdi:
“Nə ABŞ-ın dövlət katibi Con Kerriyə, nə də Fransanın prezidenti Fransua Ollanda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ümidim yoxdur. Baxmayaraq ki, hər ikisi də ATƏT-in Minsk Qrupunun həmsədrləri qismində çıxış edirlər, ancaq 20 ildən çoxdur ki, münaqişənin həlli istiqamətində heç bir irəliləyiş yoxdur. Düşünürəm ki, bundan sonra da onların bizə bir xeyri dəysin. Artıq onlardan ümidi kəsmək lazımdır. Azərbaycanın mənasız və nəticəsiz görüşlərə getmək marağı yoxdur. Həmsədr ölkələrin nümayəndələri təmas xəttində dəfələrlə monitorinqlər keçirir, ancaq hər zaman mənasız bəyanatlarla çıxış edirlər. Hətta bu yaxınlarda Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Moskvada xarici işlər nazirləri səviyyəsində də görüşlər keçirildi. Lakin görüşün gündəliyi və predmetləri açıqlanmadı”.

arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə