Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Polis rəisi DİN-i təkzib etdi – “İşdən çıxarılmamışam”
Polis rəisi DİN-i təkzib etdi – “İşdən çıxarılmamışam”
08 Aprel 2014 / 14:34 / Baxış sayı: 42
Font1 Font2 Font3 Font4

“İşdən çıxarılmağım haqqında yayılan məlumatlar həqiqəti əks etdirmir. Mən bu dəqiqə işimin başındayam. Sadəcə, tədqiqat gedir”.

Bu sözləri Aktual.az-a Göyçay rayon yol polisi şöbəsi rəisi Elman Əliyev rüşvət alması iddiaları ilə bağlı yayılan videogörüntüyə münasibət bildirirkən deyib.  Onun sözlərinə görə, videogörüntüdə hər hansı bir cinayət əməli təsbit olunsaydı, həbs olunardı:  “Amma gördüyünüz kimi mən azadlıqdayam. Yenə deyirəm, rüşvət alsaydım, məni həbs edərdilər. Onu da demək istəyirəm ki, bu məsələ ilə bağlı araşdırma aparılır”.   Elman Əliyevin rüşvət qalmaqalı ilə bağlı videogörüntüsü ilə bağlı aparılan təhqiqatın yekun rəyi DİN rəhbərliyinə təqdim edilib:

“Göyçay RPŞ-nin Dövlət Yol Polisi bölməsində Nazirliyin aidiyyəti idarələri tərəfindən aparılan xidməti təhqiqat başa çatıb və yekun rəy DİN rəhbərliyinə təqdim edilib. Həmin sənəd əsasında Daxili İşlər naziri cənab Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, bölmənin rəisi Elman Əliyev tabelikdəki əməkdaşların qanunçuluğa, DİN-in aidiyyəti normativ-hüquqi aktlarının tələblərinə riayət etmələrinə nəzarət etməli olduğu halda, özü korrupsiya hüquqpozmalarına yol verməklə tapşırılan sahənin işini təmin etmədiyinə və eyni zamanda daxili işlər orqanları əməkdaşı adına və polis nüfuzuna xələl gətirdiyi hərəkətlərə görə daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir”.

DİN mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov Aktual.az-a bildirib ki, Göyçay rayon yol polisi şöbəsi rəisi Elman Əliyev daxili işlər oqranlarından xaric edilib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə