Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Mən “Nərgiz” klinikasında SPİD-ə tutuldum” -İddia
“Mən “Nərgiz” klinikasında SPİD-ə tutuldum” -İddia
08 Aprel 2014 / 15:09 / Baxış sayı: 56
Font1 Font2 Font3 Font4

Tibb Mərkəzində xəstələrə saxta diaqnoz qoyulması adi hal alıb

Əslində bu gün özəl klinikaların böyük hissəsi peşəkarlıqda çox uzaqdır. Ancaq reklamlar sayəsində öz qurbanlarını ovlayan özəl klinikalar zəli kimi qurbanlarını sorub məhv edirlər. Bu dəfə redaksiyamıza müraciət edən vətəndaş isə inanılmaz iddia ilə çıxış edib.

Azerinfoşorg-un redaksiyasına gələn Şəmkir sakini “Nərgiz” klinikasında QİCS xəstəliyini yoluxdurulduğunu bildirir. Bu xəstəlik səbəbindən şikayətçinin adını açıqlamırıq. Şikayətçinin sözlərinə görə  keçən ilin noyabrın ortalarında “Nərgiz” Tibb Mərkəzinin fəaliyyəti dayandırılsada klinika yenə fəaliyyət göstərir.  Şikayətçi iddia edir ki,2013-cü ilin aprelində klinikada olan İrandan gətrilən həkim ona müalicə təyin edib. Müalicə ərəfəsində müəyyən olundu ki,bu müalicə əks effekt verir. Bundan sonra mən qardaşımla Təbriz şəhərinə üz tutdum Buradakı həkimlər analizlərimə baxdıqdan sonra qardaşıma bildiriblər ki,mənə qan vasitəsilə QİCS xəstəliyinə yoluxmuşam. Təbrizdə həkimlər məndən soruşdular ki,həkimin kim olub,mən adını dedim onlar sorğu ilə öyrəndilər ki,”Nərgiz ” klinikasında calışan İranlı həkimlər əslində əslində yalançı “Şeyx Nəsrulla”lardır. Təbrizdə bizə bildirdilər ki,sizdəki “Loğman”,”Laçın”,”Təbriz-Mehr”,”Nərgiz” klinikalarında calışan həkimlərin coxu dələduzlardır. Onların heç  həkim serfikatları da yoxdur. Bakıya qayıtdıqdan sonra “Nərgiz”klinikasının baş həkimi Məlahət Qəhrəmanova ilə görüşdüm.Lakin  Məlahət Qəhrəmanova mənim klinikaya ödədiyim 8500 azn pulu geri qaytarmaqdan imtina edərək məni yüksək rütbəli bir generalla hədələdi. Daha sonra isə mühafizəçiləri cağıraraq məni bayıra cıxartmağı əmr etdi.
Klinika haqda deyilənlərlə bağlı müəssisənin rəhbərliyi ilə danışmaq cəhdlərimiz alınmadı.
Qarşı tərəfin mövqeyin dərc etməyə hazırıq…

arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə