Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Gəncədə möhtəşəm təhsil sərgisi keçirildi – FOTOLAR
Gəncədə möhtəşəm təhsil sərgisi keçirildi – FOTOLAR
08 Aprel 2014 / 15:16 / Baxış sayı: 730
Font1 Font2 Font3 Font4

Bu gün ilk dəfə olaraq, Gəncə şəhər İcra Hakimiyyətinin və “Academy Group” Xaricdə Təhsil Mərkəzinin dəstəyi ilə Gəncədə “Vego” otelində Türkiyə universitetlərinin təhsil sərgisi təşkil olunub. Gəncədən arxiv.bizimxeber.az-a daxil olan məlumata görə,  sərgidə Türkiyənin İstanbul Kültür Universiteti, Selçuk Universiteti, Sinop Universiteti, İstanbul Aydın Universiteti, Yaşar Universiteti, Erzurum Atatürk Universiteti, Bozok Universiteti, Sabancı Universiteti, Kastamonu Universiteti, İstanbul Şehir Universiteti və s. universitetləri təmsil olunub. Türkiyənin bir sıra dövlət universitetləri ilə bərabər vəqf universitetləri də yer alıb.

Sərgidə Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Naqif Həmzəyev, Türkiyənin Gəncədəki Konsulluğunun müavini Neslihan Altay, Gəncə Dövlət Universiteti və Azərbaycan Dövlət Aqrar Universitetinin nümayəndələri, gənclər, tələbələr və valideynlər iştirak ediblər.

Açılış nitqi ilə çıxış edən “Academy Group” Xaricdə Təhsil Mərkəzinin rəhbəri Razi Vəliyev sərginin əsas məqsədinin tələbələrə xaricdə yüksək keyfiyyətli təhsil imkanı, yataqxanalar və digər məsələlər barədə ətraflı məlumat verməklə, gənclərin təhsillə bağlı fikirlərini doğru istiqamətə yönəltmək olduğunu bildirib.


Sərgidə çıxış edən Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Naqif Həmzəyev Gəncədə ilk dəfə olaraq, keçirilən bu sərginin təqdirəlayiq bir hal olduğunu vurğulayıb. Qeyd edib ki, hazırda iştirakçı universitetlər pulsuz təhsil imkanları haqqında tələbə və şagirdlərə geniş məlumatlar verirlər. Bu oxumaq istəyən hər bir gənc üçün əla fürsətdir.

Türkiyənin Gəncədəki konsulluğunun müavini Neslihan Altay bildirib ki, təhsil sərgilərinin keçirilməsi təhsil almaq istəyən gənclərə müəyyən imkanlar yaradılması baxımından əhəmiyyətlidir. “Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin sayı çoxdur. Türkiyə universitetləri dünyada tanınan və nüfuz qazanmış universitetlərdir”- deyən Neslihan Altay azərbaycanlı abituriyentlərin Türkiyədə təhsil almasını məsləhət görüb. Tədbir iştirakçıları “Vego” otelində açılmış sərgi ilə tanış olublar.

Aysel
arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə