Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Fazil Mustafa bəzi məmurları “akula” adlandırdı
Fazil Mustafa bəzi məmurları “akula” adlandırdı
08 Aprel 2014 / 15:27 / Baxış sayı: 50
Font1 Font2 Font3 Font4

Deputat Fazil Mustafa məmur və oliqarx övladlarının öz lüks həyatlarını sosial şəbəkələrdə nümayiş etdirməsini dəstəkləyib.

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, F.Mustafa bu fikirlərini belə izah edib: “Azərbaycandan olan aktivistlər sosial şəbəkələrdə ən çox mövzu seçimində akula-məmur (cüzi maaşa dolanan on minlərlə məmuru bura qatmaq ədalətsizlikdir) və oliqarx övladlarının standartdan kənar yaşam və hobbilərinin işıqlandırılmasına üstünlük verirlər. Yanaşmaların da əksəriyyəti ifşaedici mahiyyət daşıyır.

Əslində isə o övladlara sözün həqiqi mənasında təşəkkür düşür. Baxın, illərdir eyni vəzifəni və mövqeni tutan akulalar ancaq və ancaq övladlarının sayəsində vəzifələrini, mövqelərini itirə bilirlər. Ona görə də bu övladların öz təmtəraqlı həyat tərzlərini nümayiş etdirməsi xalqın maraqlarına tam uyğundur və bütün akula-məmur, oliqarx övladlarını ifşa etmək əvəzinə bu işə həvəsləndirmək, təşviq etmək daha faydalıdır”. Göründüyü kimi, məsələlərə həmişə orijinal yanaşması ilə seçilən F.Mustafa olaya bu dəfə də maraqlı rakursdan yanaşıb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə