Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İndi də Ziya Məmmədovun avtobusları “avtoşluq” edir – Fotolar
İndi də Ziya Məmmədovun avtobusları “avtoşluq” edir – Fotolar
08 Aprel 2014 / 16:23 / Baxış sayı: 44
Font1 Font2 Font3 Font4

PİA.AZ Virtualaz.org saytına istinadən xəbər verir ki, fotolarda dövlət nömrə nişanı 10 TG 482 olan, nəqliyyat naziri Ziya Məmmədovun ailə biznes imperiyasına daxil olan “Transgeyt” şirkətinə məxsus “Daewoo” avtobusu dövlət nömrə nişanı 10 TG 463 olan, 24 saylı marşrut xəttində işləyən eyni markalı digər avtobusun bir-birlərini necə qovduğu əks olunur.

Bu zaman avtobuslar az qala bir-biri ilə toqquşur və onların arasında cəmi 10-15 sm məsafə qaldığı görünür. Avtobuslardan biri digərini ötmək üçün yolun hərəkət hissəsindən çıxaraq səkiyə “dırmaşıb” və nəticədə piyadaların da həyatı üçün təhlükə yaradıb.
Nəqliyyat Nazirliyinin sözçüsü Namiq Həsənov 1news.az saytına açıqlamasında deyib ki, bu faktla bağlı araşdırma aparılacaq və günahkar sürücülər cəzalandırılacaq.
“Nəqliyyat Nazirliyinin avtobuslarda gediş haqlarının kartla ödənilməsi praktikasına keçməsi bu cür halların qarşısını alacaq, sürücülərin bəzilərinin qrafikdən kənara çıxıb öz həmkarlarını ötmək vərdişləri aradan qalxacaq” – deyə Həsənov bildirib.
DYP-nin ictimaiyyətlə əlaqələr Baş idarəsinin şöbə rəisi Kamram Əliyev isə bildirib ki, Azərbaycanda avtobusların iştirakı ilə yol-nəqliyyat hadisələrinin sayı artıb.
“Avtobus sürücüləri tez-tez maksimal sürət həddini pozur, svetoforun qırmızı işığında keçir, qəza vəziyyəti yaradır, bu da qəzalara səbəb olur. Yol polisi bu cür sürücülərə qarşı ciddi tədbirlər görür və avtobus sürücülərinə nəzarət üçün xüsusi qrup yaradıb. Lakin avtobus sürücüləri üzərində nəzarəti təkcə yol polisi deyil, Nəqliyyat Nazirliyi də gücləndirməlidir” – deyə K.Əliyev bildirib.

 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə