Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Prezident sabah İrana gedir
Prezident sabah İrana gedir
08 Aprel 2014 / 17:56 / Baxış sayı: 26
Font1 Font2 Font3 Font4

Azərbaycan prezidenti İlham Əliyev sabah İrana rəsmi səfər edəcək. Səfər İran prezidenti Həsən Ruhaninin dəvəti əsasında həyata keçiriləcək. Azərbaycan prezidenti aprelin 9-da Səədabad tarixi-mədəni kompleksində iranlı həmkarı tərəfindən rəsmi şəkildə qarşılanacaq.

Bundan əlavə, İ. Əliyev və H. Ruhaninin səfər çərçivəsində ikitərəfli əlaqələrin inkişaf etdirilməsi, regional və qlobal məsələlərlə bağlı fikir mübadiləsi aparacağı bildirilir. Eyni zamanda hər iki ölkənin prezidenti arasında bir sıra sənədin imzalanması gözlənilir. İran Xarici İşlər Nazirliyinin sözçüsü Mərziyə Əfxəm bu gün yerli və xarici jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib ki, Azərbaycan prezidentinin İrana səfəri ikitərəfli münasibətlərin genişləndirilməsi və sürətlənməsi baxımından mühümdür.

Onun sözlərinə görə, iki ölkə arasında münasibətlər və müzakirələr qədim bağlar, tarixi, mədəni və dini ortaqlıqlara əsasən geniş olduğuna görə inkişaf üçün xeyli sahələr var: “Azərbaycan prezidentinin İrana səfəri zamanı imzalanması planlaşdırılan sənədlər artıq hazırdır. Hər iki ölkənin prezidenti regional məsələlər barədə də fikir mübadiləsi aparacaq. Bu görüşdə İranla Azərbaycanın dostluq və qardaşlıq sahəsində irəliyə doğru bir addım atacağına ümidvarıq. Azərbaycan prezidentinin İrana səfəri iki ölkə arasında münasibətlərin genişləndirilməsi və sürətləndirilməsi üçün başlanğıcdır. İnşallah, İlham Əliyevin səfərinin yaxın gələcəkdə iki ölkənin mənafeyinə müsbət təsirləri olacaq”.

İran XİN sözçüsü həmçinin Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun da Tehrana səfər edəcəyini deyib: “Hər bir ölkənin diplomatik qaydasına əsasən səfərdə prezidentləri nazirləri müşayiət edirlər. Ona görə də Azərbaycan müdafiə nazirinin prezident İlham Əliyevin İran səfərindəki nümayəndə heyətinin tərkibində olması təbii və məqsədəuyğundur. İki ölkə münasibətlərini genişləndirməkdə qətiyyətlidir. Məsələ ondadır ki, münasibətləri möhkəmləndirmək istəyən ölkələrin bir sıra diplomatik mərhələləri və münasibətləri keçməsi lazımdır. Bununla həmin ölkələr daha yaxşı münasibətlər qurur. Xoşbəxtlikdən hər iki ölkə qədim əlaqələrə və ortaq cəhətlərə görə bu mərhələləri keçməklə bir addım öndədir”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə