Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Nazirlikdən 200 mehmanxanaya xəbərdarlıq
Nazirlikdən 200 mehmanxanaya xəbərdarlıq
08 Aprel 2014 / 18:11 / Baxış sayı: 28
Font1 Font2 Font3 Font4

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ötən il lisenziya müddəti bitmiş və lisenziyası olmayan 205 mehmanxana və mehmanxana tipli obyekt rəhbərinə lisenziyanın alınmasının vacibliyi ilə bağlı xəbərdarlıq məktubu göndərib

Nazirlikdən Trend-ə verilən məlumata görə, 2013-cü il ərzində 74 hüquqi və fiziki şəxs tərəfindən təqdim edilmiş sənədlərə baxılıb və onlara mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verilib.

Hazırda respublika ərazisində 258 hüquqi və fiziki şəxs Mədəniyyət və Turizm Nazirliyindən mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyətinə xüsusi razılıq (lisenziya) alaraq fəaliyyət göstərir.

Nazirlik ötən il “İSR Azeri Apart and Business Centre” Məhdud Məsuliyyətli Cəmiyyətinə mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyətinə verilmiş lisenziyanın fəaliyyəti ləğv edib. “Səyahət-A” Məhdud Məsuliyyətli Cəmiyyətinə və “Qəçrəş” Açıq Səhmdar Cəmiyyətinə mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyətinə verilmiş lisenziyaların fəaliyyəti dayandırılıb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə