Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ağcabədi bundan danışır – 38 yaşlı qadını “qaraladılar”
Ağcabədi bundan danışır – 38 yaşlı qadını “qaraladılar”
08 Aprel 2014 / 18:21 / Baxış sayı: 42
Font1 Font2 Font3 Font4

Toydan çıxıb evə gedən qadını qaranlıqda zorladılar

Hindarx kəndində 38 yaşlı qadın qonşusu tərəfindən zorlanması barədə polisə məlumat verib. 38 yaşlı qadın bildirib ki, bir neçə gün əvvəl Hindarx kəndində iştirak etdiyi toy mərasimindən sonra axşam saatlarında evə qayıdırmış.

Bu zaman qaranlıqda naməlum şəxs ona hücum edib. 38 yaşlı qadın bildirib ki, qaranlıqda əvvəlcə ona hücum edən şəxsin kim olduğunu bilməyib. Lakin az sonra qadın bilib ki, onu zorlamaq istəyən şəxs qonşusu, 26 yaşlı Ramiqdir. Qaranlıqda ətrafda kimsənin olmamasından istifadə edən 26 yaşlı oğlan qadına zor tətbiq edib və zorla onunla cinsi əlaqədə olub.

Faktla bağlı müraciət daxil olandan sonra hüquq-mühafizə orqanları araşdırma aparıb və məlum olub ki, 38 yaşlı qadın həqiqətən də həmkəndlisi və qonşusu, 1988-ci il təvəllüdlü Rüstəmov Ramiq Nahid oğlu tərəfindən zorlanıb. R.Rüstəmov həbs edilib.

Onun barəsində Cinayət Məcəlləsinin 149-cu (zorlama) maddəsi ilə iş başlanılıb. İlkin araşdırmalarla müəyyən edilib ki, R.Rüstəmov da kənddəki toyda iştirak edib və burada 38 yaşlı qadını “qaralayıb”.

Faktla bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə