Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Polis rəisi, yoxsa fermer..?
Polis rəisi, yoxsa fermer..?
09 Aprel 2014 / 11:05 / Baxış sayı: 90
Font1 Font2 Font3 Font4

Ucar RPŞ-nin rəisi Tahir Quliyevin 200 baş mal-qarası

Ucar Rayon Polis Şöbəsinin rəisi Tahir Quliyevin adı mətbuatda dəfələrlə dini etiqadına görə kiminsə zorla saqqalını qırxdırmaq kimi əcaib işlərdə hallanıb. Hətta saqqal sahibi saqqalını qorumaq istəyəndə onu 15 sutka həbslə hədələyiblər. Tahir Quliyevin adı kimlərinsə qanunsuz həbs olunmasında da bir neçə dəfə dövrü mətbuatda hallanıb. Hətta rəisin adı “Qurdlar vadisi” adlı şəbəkə ilə bir yerdə hallanıb.

Sözün düzü, bütöv rayonun asayişinə məsul olan şəxsin adının belə məsələlərdə hallanması heç də ürəkaçan məsələ deyil. Hazırda Qafqaz Xəbər Agentliyinə (qafqaznews.az ) daxil olan məlumatda isə Ucar RPŞ-nin rəisi Tahir Quliyevin rayonda böyük bir fermer təsərrüfatı yaratdığı bildirilir. Məlumatdan aydın olur ki, cənab rəis 200 başlıq iri mal-qara təsərrüfatı yaradaraq sahibkarlıqla məşğul olur.

Əlbəttə azad bazar iqtisadiyyatının olduğu ölkəmizdə hər bir vətəndaşın sahibkarlıqla, biznes fəaliyyəti ilə məşğul olması mümkündür. Ancaq RPŞ rəisinin əsas işini buraxaraq heyvandarlıqla məşğul olması biabırçılıqdır. Digər tərəfdən və ən əsası dövlət məmurunun sahibkarlıq və bizneslə məşğul olması qanunla yolverilməzdir. Qoy bu barədə Daxili İşlər Nazirliyinin rəhbərliyi düşünsün.
Qarşı tərfin mövqeyini işıqlandırmağa hazırıq.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə