Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ziya Məmmədovun “qoçuları” aktyoru söydülər
Ziya Məmmədovun “qoçuları” aktyoru söydülər
09 Aprel 2014 / 11:23 / Baxış sayı: 86
Font1 Font2 Font3 Font4

Dünən Avtovağzal ərazisində özlərini Nəqliyyat Departamentinin əməkdaşları kimi təqdim edən iki nəfər mülki şəxs qanunsuz hərəkətlərə yol veriblər.  Bunu “Qafqazinfo”ya hadisənin şahidi olmuş və eyni zamanda təhqirə məruz qalmış aktyor İlqar Cahangir verib.

Aktyor bildirib ki, dünən Siyəzən rayon sakini Nazim Qəhrəmanov avtovağzal ərazisində qanuni dayanacaqda avtomobilini saxlayıb: “Bu zaman iki nəfər mülki şəxs ona yaxınlaşaraq maşının burda saxlanmaması üçün təkid edib. Sürücü bunun qanuni olduğunu bildirsə də həmin şəxslər buna məhəl qoymayaraq onu təhqir ediblər. Mən də müfəttişlərin vətəndaşı təhqir etməsinə biganə qala bilmədim, ora yaxınlaşdım. Hadisəni videoya çəkdim. Bu zaman arxadan kimsə mənim telefonumu götürüb apardı. Məni də deyilməsi mümkün olmayan ağır sözlərlə təhqir etdilər”.

İ.Cahangir daha sonra əraziyə Post Patrul Xidmətinin əməkdaşlarını çağırıb: “Dedilər ki, biz Nəqliyyat Departamentinin işlərinə qarışmırıq. Özünüz həll edin. Ara sakitləşdikdən sonra telefonumu versələr də, yaddaş kartını qaytarmayıblar. Mən indi sürücü ilə bərabər Nəqliyyat Departamentinə gedirəm. Məsələni araşdırsınlar. Görək bizə hücum edib təhqir edənlər kimdir. Mən bu işin axırına kimi gedəcəm. Gündüz vaxtı bu mülki şəxslər hansı cürətlə qanunsuz şəkildə vətəndaşa hücum edirlər. Bunu izah etməlidirlər”.

Xatırladaq ki, Nəqliyyat Departamenti Ziza Məmmədovun rəhbərlik etdiyi Nəqliyyat Nazirliyinin tabeliyindədir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə