Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Bandotdel” Xaçmazda möhtəşəm əməliyyat keçirdi – Foto
“Bandotdel” Xaçmazda möhtəşəm əməliyyat keçirdi  – Foto
09 Aprel 2014 / 11:28 / Baxış sayı: 98
Font1 Font2 Font3 Font4

DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (əhali arasında daha çox “bandotdel” adı ilə tanınır) əməkdaşları Xaçmaz rayonunda onlayn loto-qumar oyunları təşkil edən şəxsləri yaxalayaraq istintaqa təhvil verib.

Araşdırmalarla müəyyən olunub ki, Xaçmaz rayon sakini, əvvəllər odlu silahla qətl törədərək uzun illər həbsdə yatan 45 yaşlı Aydın Allahverdiyev bir qrup şəxslə əlbir olaraq Xaçmaz rayonu, Nəriman Nərimanov küçəsi 76 ünvanında qanunsuz onlayn loto-qumarxana təşkil edib. Xaçmaz rayon sakinləri – 31 yaşlı Məmmədtağı Məmmədov, 24 yaşlı Telman Əkbərov, 31 yaşlı Elnur Kazımov, 38 yaşlı Ceyhun Bədəlov da saxlanılaraq məsuliyyətə cəlb olunublar. Faktla bağlı BMCMİ-nin İstintaq Şöbəsində cinayət işi açılıb, istintaq aparılır.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə