Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Adil Vəliyev pirşağılara söz verdi – Fotolar – YENİLƏNİB
Adil Vəliyev pirşağılara söz verdi – Fotolar – YENİLƏNİB
09 Aprel 2014 / 11:34 / Baxış sayı: 124
Font1 Font2 Font3 Font4

Etiraz aksiyası keçirən Pirşağı sakinləri Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevlə görüşüblər.

Adil Vəliyev görüşdən sonra deyib ki, sakinlərə müəyyən köməklik olunacaq. Sakinlər isə bildiriblər ki, görüşdə onlara ödəniləcək kompensasiyanın məbləğinin artırılacağına söz verilib.

Eyni zamanda onlara boş yerlərdə müvafiq torpaq sahələrinin ayrılmasının nəzərdə tutulduğu da deyilib. Daha sonra İH başçısı söküntü işlərinin aparılacağı ərazilərə baxış keçirib.

***

Etiraz aksiyası keçirən Pirşağı sakinlərinin bağladığı Kürdəxanı-Zabrat yolunda avtomobillərin hərəkəti bərpa olunub. APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Kürdəxanı-Zabrat yolu polisin müdaxiləsindən sonra açılıb. Aksiya isə davam edir. Yerli sakinlər qəsəbə ərazisindən keçəcək Bilgəh-Sumqayıt Dairəvi yolunun tikintisinə görə plana düşən evlər üçün verilən kompensasiyanın məbləğindən narazılıq edirlər.  

Onlar evlərin hər kvadratmetrinə görə 200-300 manat məbləğində kompensasiya təklif edildiyini bildiriblər. Pirşağı bələdiyyəsinin nümayəndələri aksiyaçılarla danışıqlar aparırlar. Sabunçu Rayon İcra Hakimiyyəti təmsilçilərinin də hadisə yerinə gələcəkləri bildirilib.

Bakının Pirşağı kəndinin sakinləri avtomobil yolunu bağlamağa cəhd göstəriblər.

Sabunçu Rayon Polis İdarəsindən verilən məlumata görə, sakinlər bu gün saat 10.30 radələrində Kürdəxanı-Zabrat yolunu bağlamaq istəyiblər. Hadisə yerinə Sabunçu Rayon Polis İdarəsinin əməliyyat qrupu göndərilib.

Məlumata görə, sakinlər qəsəbə ərazisindən keçəcək Dairəvi yolun tikintisinə görə plana düşən evlər üçün verilən kompensasiyanın məbləğindən narazı olduqlarına görə bu addımı atıblar. Polis sakinləri ərazidən uzaqlaşdırmağa çalışır.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə