Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Azərbaycanda nurçu məktəblər keçən il əl dəyişib“
“Azərbaycanda nurçu məktəblər keçən il əl dəyişib“
09 Aprel 2014 / 11:49 / Baxış sayı: 56
Font1 Font2 Font3 Font4

Fərhad Mehdiyev: ” Keçən ilin mart ayında SOCAR türk məktəblərini öz nəzarəti altına götürüb”

“Türk məktəblərinin fəaliyyəti Azərbaycan Respublikası qanunvericiliyinə uyğun aparıldığı üçün və Təhsil Nazirliyinin də nəzarətində çalışdıqları üçün, bir sıxıntı yaşanmır”.

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərindən sonra Azərbaycandakı nurçuların sıxışdırılacağı haqqında söz-söhbət gəzirdi. Ərdoğanın səfərindən sonra nurçulara qarşı mübarizənin kəskin formada aparılacağı gözlənir. Fətulla Gülən tərəfdarlarının ölkəmizdəki təhsil ocaqlarının da bağlana biləcəyi istisna olunmur. Nurçuların ölkəmizdə çoxsaylı təhsil müəssisələri mövcuddur və bu məktəblər ölkənin ən elitar ğəhsil müəssisələri hesab olunur. Bu məktəblər bağlandığı şəraitdə Azərbaycan təhsilinin səviyyəsinə problem yarada bilərmi? Ümumiyyətlə bu məktəblərin bağlanması nə qədər doğru olardı?

Bu suallarla PİA.AZ-ın əməkdaşı Nurçulara aid olan və ölkəninin ən elitar universitetlərindən biri hesab olunan Qafqaz Universitetinin müəllimi, politoloq Fərhad Mehdiyevə müraciət etdi. Sualımızı cavablandıran Fərhad Mehdiyev bildirdi ki, belə bir ehtimalın olacağına inanmır:  “Bu məktəblər qurulduğu ildən bəri dövlətimizin nəzarəti altında olub və narahatçılığa əsas yoxdur. Müasir dünyada müəssisələr adətən bağlanmır. İdarəçiliyi əl dəyişdirilir. Necə ki, keçən il mart ayında belə hal olub. Keçən ilin mart ayında SOCAR türk məktəblərini öz nəzarəti altına götürüb.  İmzalanan müqavilə ilə ortaq bir təhsil birliyi qurulub və SOCAR artıq idarəçilikdə söz sahibi olub. Səhv bir şey gördükdə dərhal müdaxilə etmə və qərar vermə səlahiyyətinə sahibdir. Türk məktəblərinin fəaliyyəti Azərbaycan Respublikası qanunvericiliyinə uyğun aparıldığı üçün və Təhsil Nazirliyinin də nəzarətində çalışdıqları üçün, bir sıxıntı yaşanmır. Yəni bu məktəblər qurulduğu ildən bəri dövlətimizin nəzarəti altında olub. Keçən il daha da gücləndirilib, Türkiyədə Ərdoğan- camaat mübahisəsi baş vermədən əvvəl də”.

arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə