Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Sosial yardım alanların sayı açıqlandı – 139 min 573 ailə
Sosial yardım alanların sayı açıqlandı – 139 min 573 ailə
09 Aprel 2014 / 12:37 / Baxış sayı: 48
Font1 Font2 Font3 Font4

Ünvanlı dövlət sosial yardımı ilə bağlı ƏƏSMN-nin “Qaynar xətt”inə daxil olan müraciətlərin sayı 25 faiz azalıb

Bu ilin 1 aprel tarixinə 139 min 573 ailə ünvanlı dövlət sosial yardımı alır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Bizixmeber.az-a verilən məlumata görə, sosial yardımlar respublikanın 612 min 114 nəfər ailə üzvünü əhatə edir.

Ünvanlı yardım alan ailələrdə 1 yaşadək uşaqların sayı 6613 nəfər, 18 yaşadək ailə üzvlərinin sayı 293 213 nəfər, sağlamlıq imkanları məhdud 18 yaşadək ailə üzvlərinin sayı 6618 nəfər, 18 yaşından yuxarı əlil ailə üzvlərinin sayı 33 843 nəfər, işləyən ailə üzvlərinin sayı isə 35 567 nəfərdir. Yardım təyin olunan ailələrin 1852-si tərkibində müharibə əlili olan ailələr, 365-i şəhid ailələri, 12583-ü isə məcburi köçkün ailələridir. Ödənilən ünvanlı yardımın orta aylıq məbləği hər ailə üçün 128,07 manat manat təşkil edir.

Ünvanlı dövlət sosial yardımı sisteminin tətbiqinə başlanıldığı 2006-cı ildə ehtiyac meyarının məbləği 30 manat olduğu halda, bu məbləğ ötən müddətdə 3,3 dəfə artırılaraq 2014-cü ilin əvvəlindən 100 manata çatdırılıb.

Nazirliyin fəaliyyət sahələrində şəffaflığın təmin olunması və müasir tələblərə uyğun iş mexanizmlərinin qurulması istiqamətində həyata keçirilən tədbirlərdən biri də ünvanlı dövlət sosial yardımı sahəsində mövcud olmuş ciddi nöqsanların aradan qaldırılması və ünvanlı yardımların təyinatı prosesinin şəffaflaşdırılması olub. Yardımların təyinatı prosesinə məsul olan, o cümlədən bu prosesdə vətəndaşlarla birbaşa ünsiyyətdə olan kadr korpusunun sağlam mənəviyyatlı, layiqli şəxslərdən təşkil olunması işləri aparılıb. Eyni zamanda, yardım alanların siyahıları həm nazirliyin saytında, həm də Əhalinin Sosial Müdafiəsi Mərkəzlərinin inzibati binalarındakı müvafiq lövhələrdə cəmiyyətə açıqlanıb. Bunun nəticəsidir ki, bu ilin birinici rübündə ünvanlı dövlət sosial yardımı, sosial müavinət və sosial xidmət məsələləri üzrə Nazirliyin 142- “Qaynar xətt”inə daxil olan müraciətlərin sayı, ötən ilin müvafiq dövrü ilə müqayisədə 25 faiz azalıb.

Ieyla
Bizixmeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə