Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bakıda sərnişinlər avtobus sürücüsünü döydü (VİDEO)
Bakıda sərnişinlər avtobus sürücüsünü döydü (VİDEO)
09 Aprel 2014 / 12:42 / Baxış sayı: 34
Font1 Font2 Font3 Font4

“Elmlər Akademiyası” stansiyasının qarşısında baş verən insident ANS TV əməkdaşları tərəfindən lentə alınıb

Bu gün səhər saatlarında 6 saylı marşurut xəttilə hərəkət edən sərnişin avtobusunda metronun “Elmlər Akademiyası” stansiyasının qarşısında insident yaşanıb. Məhz sürücünün sərnişinlərlə kobud davranması onun döyülməsilə nəticələnib. Hadisəni marşurut avtobusunda olan ANS Tv-nin əməkdaşaları mobil telefonla lentə alıblar.
İnsident zamanı sürücü idarə etdiyi avtobusdan yerə düşərək sərşinilərlə mübahisə edib. Baş verən olaya səbəbsə, sürücünün içərisi sərnişinlə dolu olan avtobusu qəfil işə salması olub. Yəni anidən əyləcdən istifadə etməsi avtobusdakı sərişinlərin bir qisminin yıxılmasına səbəb olub. Elə hər şey də bundan sonra başlayıb. Sərnişinlərdən biri sürücünün bu səhlənkarlığına göz yummayıb və ona təzyiq göstərib. Avtobusdan düşürülən sürücü digər sərnişinlər tərəfindən də təzyiqə məruz qalıb.

Hadisə yerinə polis əməkdaşları da cəlb olunub. Onlar sərnişinlərlə sürücü arasındakı mübahisəni sakitləşdirməyə çalışıblar. İnsident səbəbindən sərnişinlərin əksəriyyəti işə, mənzil başına gecikiblər. Sürücü isə hadisə yerindən uzaqlaşaraq yenidən sükan arxasına keçib.
arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə