Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ömürlük azadlıqdan məhrum edilən şəxs 25 il sonra azadlıqda
Ömürlük azadlıqdan məhrum edilən şəxs 25 il sonra azadlıqda
09 Aprel 2014 / 13:21 / Baxış sayı: 16
Font1 Font2 Font3 Font4

25 il məhkumluq həyatı yaşayan şəxsin günahsız olduğu məlum olub

Amerikanın Nyu-York şəhərində qəribə hadisə baş verib.  Associated Press Agentliyinin verdiyi məlumata görə, ömürlük azadlqıdan məhrum edilən məhkum Conatan Fleminq sərbəst buraxılıb. Buna 25 il məhkumluq həyatı yaşayan Conatanın günahsız olması səbəb olub.

Belə ki, 1989-cu ildə Conatan Fleminqin yaxın tanışı qətlə yetirilir. Polis həmin vaxt öldürülən tanışı ilə mübahisə etmiş Conatandan şübhələnir. Conatan həbs olunur. Məhkəmədə Conatan Fleminq bildirib ki, cinayət baş verən gün o, anası ilə birlikdə Floridada olub. Conatan bunu biletlə də sübut edə biləcəyini deyib. Məhkəmədə ifadə verən Conatanın anası da bunları təsdiq edib. Lakin məhkəmədə bir qadın Conatanın öldürülən şəxsi necə güllələdiyini gördüyünü deyib.

Bununla da Conatan Fleminq qətldə günahkar hesab olunur və ömürlük azadlıqdan məhrum edilib. Lakin 2013-cü ildə baş verən cinayətlə bağlı yeni faktlar ortaay çıxıb. Məlum olub ki, Conatanın tanışını öldürən başqasıdır. O da məlum olub ki, məhkəmədə Conatanın əleyhinə ifadə verən qadın yalan danışıb. Məlum olub ki, həmin qadın narkotik istifadəçisi olub.

Ömrünün ən gözəl illərini həbsdə keçirən Conatan Fleminq azadlığa buraxılıb. O, mətbuata açıqlamasında çox xoşbəxt olduğunu deyib.

“Günahsız yerinə tutulmuşdum. Lakin bilirdim ki, ədalət bərqərar olacaq. Bu gün mən çox xoşbəxtəm. Çünki uzun illər gözlədiyim gün gəlib. Ədalət artıq bərqərar olub. Mən özümü çox yaxşı hiss edirəm”, – deyə Conatan Fleminq bildirib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə