Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Keçmiş icra başçısı obyektindəki maaş böhranını etiraf etdi
Keçmiş icra başçısı obyektindəki maaş böhranını etiraf etdi
09 Aprel 2014 / 13:30 / Baxış sayı: 28
Font1 Font2 Font3 Font4

“Çörək zavodunda heç bir problem yoxdur. Hər şey öz qaydasındadır. Zavod tam keyfiyyətli məhsul istehsal edir. Məhsullar isə hər yerdə satışa çıxarılır”.

Bunu virtualaz.org saytına açıqlamasında İsmayıllının sabiq icra başçısı Nizami Ələkbərov bu rayonunda yerləşən, ona məxsus olduğu deyilən və “Avira” MMC adı ilə fəaliyyət göstərən çörək zavodunun işçilərinin maaş üsyanı etməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən dedi. 

N.Ələkbərov zavod işçilərinin bir-iki aylıq əməkhaqqının gecikdiyini, bunun səbəbinin isə müəssisənin yeni fəaliyyətə başlaması ilə əlaqəli olduğunu söylədi: “Maaşlarda bir-iki aylıq, az bir miqdarda ləngimələr var. Mətbuatda yazılanlar boş-boş iftiralardır. Yeni müəssisədir, bazarda öz yerini tapanadək müəyyən obyektiv çətinliklərin olması normaldır. Bu problemlər də qısa zamanda aradan qaldırılacaq”.

Zavodda çalışan işçilərin rəhbərliklə heç bir narazılığının olmadığını deyən N.Ələkbərov qısa zaman ərzində maaş probleminin də aradan qaldırılacağını əminliklə qeyd etdi.

Sabiq icra başçısı zavodun İvanovka kəndinin sakinlərinin işlə təmin olunması məqsədi ilə tikildiyini dedi: “Zavod tikiləndə məqsəd o idi ki, İvanovka kəndinin camaatı heç bir yerə köçüb getməsin, işlə təmin olunsun. Yaxın zamanlarda əmin olacaqsınız ki, zavod öz fəaliyyətini uğurla davam etdirir. Zavodun məhsulları Bakıda və paytaxtın ətraf rayonlarında da satışa çıxarır”.

N.Ələkbərov mətbuatda həmin zavodun ona məxsus olması haqda yazılanların doğru olmadığını söylədi: “O zavod mənə məxsus deyil. Yaxınlarımdan birinə məxsusdur”.

Xatırladaq ki, artıq bir neçə dəfədir mətbuatda İsmayıllıdakı çörək zavodu işçilərinin aylardır maaş ala bilmədikləri haqda məlumatlar yer alır. Zavod rəhbərliyi isə narazılıqların qısa zaman ərzində aradan qaldırılacağını deyir. 

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə