Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bu gecə bankomatlar işləməyəcək
Bu gecə bankomatlar işləməyəcək
09 Aprel 2014 / 13:31 / Baxış sayı: 52
Font1 Font2 Font3 Font4

Buna səbəb sistemdə həyata keçirilən yenilənmə işləridir. Buna görə də, gecə saat 01:00-dan 05:00-a qədər “Azəricard”ın xidmət göstərdiyi 30 bankın 2 milyon plastik kartı, 1500 bankomatı və 30 minə yaxın POS-terminal vasitəsilə əməliyyat həyata keçirmək mümkün olmayacaq.

Qeyd edək ki, hazırda Azərbaycanda bankomatların say 2400-ə yaxın, posterminalların sayı isə 33 045-dir. Başqa sözlə, ölkədəki bankomatların 60%-i, posterminalların isə 90%-i “Azərikard”ın payına düşür.

Bu müddət ərzində plastik kartlar vasitəsilə bütün əməliyatlar dayandırılacaq. məsələn, ticarət mərkəzlərində plastik kart vasitəsilə alqı-satqı etmək, internet və ya bankomatlar vasitəsilə mobil danışıq haqqını, kommunal xidmətlərin haqqını ödəmək, internet mağazalarda alqı-satqı aparmaq, bankomatdan pul çıxarmaq mümkün olmayacaq. Bütün bu sistem yenilənmə işləri başa çatandan sonra yəni səhər saat 5-dən sonra işə düşəcək. “Azericard”ın xidmət göstərdiyi bankların siyahısı ilə buradan tanış olmaq mümkündür (“Fins.az”).

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə