Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ukraynadan Rusiyaya zərbə
Ukraynadan Rusiyaya zərbə
09 Aprel 2014 / 13:53 / Baxış sayı: 58
Font1 Font2 Font3 Font4

Ukrayna qaz anbarlarına Rusiya qazının vurulmasını dayandırdı. Rusiyanın qaz inhisarçısı “Qazprom”la qazın hər min kubmetrinə görə 268,5 dollar məbləğində olan qiymətinə qayıtmaqla bağlı razılığa gəlməyə çalışan Ukrayna bu gündən öz yeraltı qaz anbarlarına Rusiya qazının vurulmasını dayandırıb. Bu barədə Ukraynanın energetika və kömür sənayesi naziri Yuri Prodan hökumətin iclasında bəyan edib.

Trend-in məlumatına görə, xəbəri UNİAN yayıb. O deyib: “Biz bu gündən qaz vurmuruq. Bizim hələ müvafiq qazvurmanı həyata keçirməyə vaxtımız var”. Nazir onu da bildirib ki, Ukrayna tərəfi “Qazprom”un qaza təyin etdiyi qiymətlə razılaşmır və ölkə Rusiya ilə 2014-cü ilin birinci rübündə olan köhnə qiymətə qayıtmaqla bağlı danışıqlar aparır.

Y.Prodan xəbər verib ki, Ukrayna tərəfi qazın mart ayındakı nəqli üçün borcu hesablaşmayıb, borc 550 milyon dollardan çox təşkil edir: “Marta görə borcu biz hələlik hesablamamışıq”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə