Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

SDU-da əməkdaşlıq əlaqələri genişlənir
SDU-da əməkdaşlıq əlaqələri genişlənir
09 Aprel 2014 / 13:58 / Baxış sayı: 32
Font1 Font2 Font3 Font4

Sumqayıt Dövlət Universitetində Azərbaycan Milli Elmlər Akademiyası Polimer Materialları İnstitutu və Sumqayıt Dövlət Universiteti arasında təhsil-elm-istehsalat çərçivəsində elmi-təcrübi əməkdaşlıq istiqamətləri müzakirə edildi.

arxiv.bizimxeber.az-a daxil olan məlumata görə, görüşdə SDU-nun rektoru Elxan Hüseynov qonaqları salamlamış, universitet və Azərbaycan Milli Elmlər Akademiyası Polimer Materialları İnstitutu arasında qarşılıqlı əlaqələrin inkişafı məqsədi ilə müxtəlif layihələrlə çıxış etdiyini və gələcəkdə fəaliyyət dairəsinin daha da genişləndiriləcəyini diqqətə çatdırmışdır. Sumqayıt şəhərinin Azərbaycanın aparıcı sənaye mərkəzlərindən birinə çevrilməsi və yaxın gələcəkdə sənaye müəssisələrini yüksək ixtisaslı kadrlara ehtiyacını təmin etmək məqsədi ilə SDU-da yeni ixtisasların açılması  istiqamətində bir çox işlərin aparılması planlaşdırılır. Eyni zamanda O, öz bilik və bacarığı ilə fərqlənən tələbələrin gələcəkdə ixtisaslı kadr kimi yetişərək nəinki respublikamızda habelə, ölkəmizin hüdudlarından kənarda belə Sumqayıt Dövlət Universitetinin adını daima uca tutacaqlarına böyük ümid bəslədiyini bildirdi.

Rektor çıxışında qurulan bu əlaqələrin milli təhsilimizin inkişafına töhfə verəcəyini də əminliklə ifadə etmişdir.

Azərbaycan Milli Elmlər Akademiyası Polimer Materialları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Akif Əzizov elmi-texniki əməkdaşlıq yolu ilə “təhsil-elm-istehsalat” əlaqələrini möhkəmləndirmək, qarşıya qoyulan mövcud problemlərin həlli istiqamətində maarifləndirmənin genişləndirilməsinə diqqəti artırmaq, müasir İKT və innovasiya səciyyəli tədqiqat işlərinin səviyyəsini daha da yüksəltmək, müasir cihaz və avadanlıqların təchizatının zənginləşdirilməsi ilə elmi-texniki mərkəzlər yaratmaq, kurslar, məşğələ, seminar və mühazirələr keçirmək, onlardan məqsədyönlü istifadə etmək, yüksək ixtisaslı gənc mütəxəssislərin yetişdirilməsinə zəmin yaratmaqdan ibarət olduğunu bildirdi.

Azərbaycan Respublikasının 2014-cü ildə güclü sənaye ölkəsinə çevrilməsi naminə “Azərbaycan müasir sənayenin yüksəliş yolunda” mövzusu üzrə Respublika elmi-təcrübi konfransının keçirilməsi və gələcəkdə bu sahə ilə əlaqədar SDU-nun Polimer Materialları İnstitutunda baza kafedrasının yaradılması da müzakirə olundu.

Qarşılıqlı anlaşma və əməkdaşlıq çərçivəsində keçirilmiş görüşdə bu əlaqələrin hazırkı vəziyyəti və onun inkişaf perspektivləri barəsində ətraflı fikir mübadiləsi aparılmışdır.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə