Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Atasığorta” vətəndaşı super şəkildə aldatdı- Fotolar
“Atasığorta” vətəndaşı super şəkildə aldatdı- Fotolar
09 Aprel 2014 / 14:21 / Baxış sayı: 344
Font1 Font2 Font3 Font4

Sığorta şirkətlərinin sığortalılara qarşı münasibətinin doğru olmadığı barədə dəfələrlə yazılıb, deyilib. Amma onlar yenə də öz apmulalarında, öz işlərindədirlər. Müqavilə bağlanarkən normal davranış nümayiş etdirən əksər sığorta şirkətləri lazım olanda ortaya gəlmirlər. Daha bir problem isə  “ATA” sığorta ilə vətəndaş  Zaur Yusifov arasında yaşanıb. Daha doğrusu, “ATA” sığorta vətəndaşın pulunu yeyib.

Yasamal rayon sakini  Zaur Yusifov tərəfindən arxiv.bizimxeber.az-a ünvanlanan şikayət məktubunda bu hal aşkar şəkildə görünür.

Şikayətçi bildirir ki, martın 10-da gecə saatlarında yoldaşının adına olan 99-EH-222 dövlət nömrə nişanlı Hundai “Azero” markalı maşını “Shadman” markalı yük avtomobili tərəfindən arxadan vurulub. Qaydalara uyğun olaraq hadisə yerinə avtomobilin sığortada olduğu “ATA” sığorta şirkətinin nümayəndələri çağərələb, şəkillər çəkilib: “Avtomobil “ATA” sığorta şirkəti tərəfindən sığortalanıb. Hadisə baş verən anda sığorta şirkətinin əməkdaşları əlaqə saxladım. Onlar da gəlib maşının şəkillərini çəkdilər. Martın 11-də onların tapşırığına əsasən şirkətdə oldum və sığorta şirkətində dəyən ziyan hesablandı.  Şirkətə məxsus avtoservisdə dəyən ziyanın 530 manat olduğu rəsmi şəkildə təsdiqlədi. Onlar 7 iş günü müddətində məbləği ödəyəcəklərini bildirdilər”.

Lakin dəfələrlə şirkətə pulun ödənilməsi üçün müraciət etsələr də, müxtəlif bəhanələrlə vaxtı uzadıldığını görən Z. Yusifov şirkət əməkdaşlarına  təklif edib ki, maşınla bağlı işi çox olduğuna görə, pulu özü ödəyib,  maşını təmir etdirə bilər, sonra isə pulu  nəğd şəkildə qaytararlar: “Şirkət bu təkliflə razılaşdı. Maşınımı təmir etdirdim. Bir müddət keçsə də, pulumu qaytarmadılar. Aprelin 3-də yenidən şirkətə getdim. Bu dəfə mənə dedilər ki sənə 530 manat yox, 179 manat ödəyəcəyik. Səbəbini soruşduqda isə məbləğin 200 dollarını firanşiza tutulacağını, qalan məbləği isə yarıya bölərək verəcəklərini qeyd etdilər. Belə olan halda mən şirkətlə bağlanan müqaviləni onlara göstərdim. Orada avtomobilin dəyəri 31 min $ yazıldığını və bunun üçün 2154 $ dolları ödədiyimi bildirdim”.

Qeyd etdim ki, belə olan halda niyə dəymiş ziyanın 3/1 hissəsini ödəyirsiniz. Əməkdaşlar dedilər ki, biz heç kimik, rəhbərlikdən soruşun, onlar bizə belə təlimat veriblər. Məsələni araşdırmaq üçün dəfələrlə rəhbərliyə müraciət etsək də, onlarla görüşmək qeyri-mümkün olub”.

ata si]orta



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə