Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ermənistandakı Rusiya hərbi bazasında təlimlərə start verildi
Ermənistandakı Rusiya hərbi bazasında təlimlərə start verildi
09 Aprel 2014 / 14:39 / Baxış sayı: 46
Font1 Font2 Font3 Font4

Ermənistanda yerləşən Rusiya hərbi bazasının “Alagöz” adlı yüksək dağ təlim tədris mərkəzində artilleriya batareyalarının komandirlərinin döyüş hazırlığı üzrə təlim xarakterli yarışlar keçirilir. Virtualaz.org-un ANSPRESS-ə istinadən məlumatına görə, yarışlarda artilleriya bölmələrinin 400-dən çox hərbçisi iştirak edir, təlimlərdə 100-ə yaxın zirehli texnika və xüsusi hərbi texnikalardan istifadə edilir. Təlimlərdə artilleriya silahlarının müxtəlif növlərindən istifadə edərək yüksək dağlıq ərazilərdə xüsusi tapşırıqların həyata keçirilməsi nəzərdə tutulub.

Birinci mərhələdə batalyon komandirləri taktiki hazırlıq üzrə avtomatdan, tapançadan və tank əleyhinə əl qumbarlarından istifadə etmə qaydaları və fiziki hazırlıq üzrə imtahan verəcəklər. İkinci mərhələdə isə iştirakçılar hədəfdən yayınmamaq şərtilə yüksək dağlıq ərazilərdə artilleriya atışları həyata keçirəcəklər.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə