Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Fərhad və Rafiq Əliyev qardaşları Azərbaycanı tərk etdi
Fərhad və Rafiq Əliyev qardaşları Azərbaycanı tərk etdi
09 Aprel 2014 / 15:45 / Baxış sayı: 46
Font1 Font2 Font3 Font4

Ötən il prezident İlham Əliyevin sərəncamı ilə əfv olunan sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev və onun qardaşı olan “Azpetrol” şirkətinin keçmiş rəhbəri Rafiq Əliyev martın sonunda Londona gediblər

Publika.Az-ın mötəbər mənbədən əldə etdiyi məlumata görə, hazırda da Fərhad və Rafiq Əliyevlər xaricdədir: “Onların Azərbaycana nə vaxt qayıdacağı isə hələlik bəlli deyil”.

Mənbə onu da bildirib ki, hazırda Fərhad Əliyevin oğlu Londonda təhsil alır: “Odur ki, Fərhad Əliyev tez-tez Londona oğluna dəyməyə gedir. Bundan əlavə, Əliyev qardaşları Avropada biznes fəaliyyəti ilə də məşğul olur”.

Xatırladaq ki, sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev və onun qardaşı olan  “Azpetrol” şirkətinin keçmiş rəhbəri Rafiq Əliyev 2013-cü il oktyabrın 14-də prezident İlham Əliyevin imzaladığı sərəncamla əfv olunublar. Onu da bildirək ki, qardaşlar Novruz bayramı ərəfəsində qısa müddətdə ölkədə olublar.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə