Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Yaralıların vəziyyəti normaldır – Müdafiə Nazirliyi
Yaralıların vəziyyəti normaldır – Müdafiə Nazirliyi
09 Aprel 2014 / 15:53 / Baxış sayı: 64
Font1 Font2 Font3 Font4

Müdafiə Nazirliyi mina partlaması nəticəsində yaralanmış hərbçilərin vəziyyətinə aydınlıq gətirdi. Yaralıların vəziyyətləri stabildir, xəsarət alanların heç birinin həyatı üçün təhlükə yoxdur. Müdafiə Nazirliyinin mətbuat xidmətindən “BizimXəbər”ə verilən məlumata görə, bunu Azərbaycan Respublikasının Silahlı Qüvvələrin baş cərrahı, polkovnik Famil Babayev aprelin 7-də gecə saat 22.30 radələrində cəbhənin Füzuli istiqamətində mina partlaması nəticəsində ağır yaralanan və hərbi-sanitar helikopter vasitəsilə Bakı şəhərinə təxliyə olunaraq Silahlı Qüvvələrin Baş Klinik Hospitalına yerləşdirilən hərbi qulluqçuların vəziyyəti barədə açıqlama verərkən deyib.

Onun sözlərinə görə, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun göstərişi ilə Silahlı Qüvvələrin baş cərrahı və baş reanimotoloqu hadisə bölgəsinə yollanıblar. Yaralıların hamısına yerində baxış keçirilib. Xəsarət alanlar çox qısa müddətdə bölgədəki müalicə müəsissəsinə çatdırılıblar, hər birinə vaxtında müvafiq yardımlar göstərilib. Yaralılara daha ixtisaslaşdırılmış yardımın göstərilməsi məqsədilə onlar sanitar aviasiya vasitəsilə Silalhli Qüvvələrin Baş Klinik Hospitalına təxliyə olunub: “Ümumiyyətlə qeyd etmək istərdim ki, yaralıların vəziyyətləri stabildir, xəsarət alanların heç birinin həyatı üçün təhlükə yoxdur. Onların müalicəsi Silahlı Qüvvələrin Baş Klinik Hospitalının həkimlərinin tam nəzarəti altındadır və adekvat gedir.

Müalicə müddəti hələ tam bəlli deyil. Bunu əvvəlcədən planlaşdırmaq mümkün deyil. Bu, bir çox səbəblərdən asılıdır. Düşünürəm ki, yaxın 10 gündə müalicənin yekunları haqqında məlumat vermək mümkün olacaqdır. Yüngül xəsarət alanlar yerində hərtərəfli müayinə olunub. Ciddi zədələri olmadığından hər hansı bir dərin müayinəyə, yaxud Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicəyə ehtiyac yoxdur. Əsas diqqət çəkənlər isə hospitala gətirilib. Yaralılar sanitar helikopter vasitəsilə gətirilib”.

Baş cərrah qeyd edib ki, helikopterdə yol boyu ixtisaslaşdırılmış cərahiyyə yardımı, ümumiyyətlə reanimasion tədbir görmək üçün bütün lazımi avadanlıq, dərman preparatları vardır. Uçuş müddətində hansısa bir hal baş verərsə, dərhal onu aradan qaldırmaq üçün helikopter ən müasir avadanlıqla təchiz olunub.

F.Babayev bildirib ki, xəstələrə psixoloji yardım da göstəriləcəkdir: “Təbii ki, bu önəmli məsələlərdən biridir. Artıq o iş başlanıb. Birinci gündən onların psixoloji reabilitasiyası ilə məşğul olunur, məsələ tam nəzarət altındadır”.

Qeyd edək ki, aprelin 7-də gecə saat 22.30 radələrində cəbhənin Füzuli istiqamətində mina partlaması nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 3 hərbi qulluqçusu həlak olub, 6 hərbi qulluqçu isə yaralanıb. Hadisə nəticəsində kapitan Orucəliyev Ceyhun Cəlil oğlu, əsgər Kərimov Seyfəddin Nəvai oğlu, və əsgər Abdullayev Novruz Qurban oğlu həlak olublar, əsgər Musayev Bəhruz Məhəmmədəli oğlu, əsgər Mirzəyev Alı Pənah oğlu, əsgər İsgəndərzadə Azər Eyyub oğlu, əsgər Zülfüqarov Mürsəl İbrahim oğlu, əsgər Cəbrayılov Sadiq Misirxan oğlu və əsgər Talıbov Emin Talıb oğlu yaralanıblar.

Yaralılara yüksək ixtisaslı yardım göstərilməsi üçün Silahlı Qüvvələrin baş cərrahı və Silahlı Qüvvələrin baş reanematoloqu Füzuli rayonunun Əhmədbəyli yaşayış məntəqəsində yerləşən hərbi hospitala yerləşdiriliblər.

Aprelin 7-də Ağır yaralı əsgər Talıbov Emin Talıb oğlu və Musayev Bəhruz Məhəmmədəli oğlu hərbi-sanitar helikopter vasitəsilə Bakı şəhərinə təxliyə olunub. Təcili təxirəsalınmaz yardım göstərilməsi üçün yaralılar Silahlı Qüvvələrin Baş Klinik Hospitalına yerləşdirilib.

Elə həmin gün müdafiə naziri general-polkovnik Zakir Həsənov şəxsən araşdırma aparmaq üçün bir qrup zabit heyəti ilə hadisə yerində olub.

Hadisə ilə bağlı cinayət işi başlanıb, Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə