Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Əziz Əzizov biznesini hara və niyə köçürür?
Əziz Əzizov biznesini hara və niyə köçürür?
10 Aprel 2014 / 15:28 / Baxış sayı: 82
Font1 Font2 Font3 Font4

Bir neçə ay öncə rəsmi müşavirədə prezident İlham Əliyev bir neçə məmura, eləcə də icra başçısına ciddi və son xəbərdarlıq etdi. İlham Əliyev net şəkildə bildirdi ki, hər bir dövlət məmuru öz məsuliyyətini dərk etməlidir. Hər bir dövlət məmuru təmiz işləməlidir, xalqla bir yerdə olmalıdır, təvazökar, işgüzar və vətənpərvər olmalıdır, rüşvət almamalıdır, özünü xalqdan üstün tutmamalıdır, işlədiyi bölgələrdə, sahələrdə hörmət qazanmalıdır və Vətənə sadiq, sədaqətli olmalıdır. Heç bir xarici dairənin təsiri altına düşməməlidir. Bax, budur əsas prinsiplər. Hər bir dövlət məmurundan tələb edirəm ki, bu prinsiplərə əməl etsin.

O zaman mətbuatda yayılan məlumatlardan aydın oldu ki, xəbərdarlıq alan şəxslər arasında nöqsanlar barədə Administrasiyaya ən çox şikayətlər ünvanlanan Cəlilabadın icra başçısı Əziz Əzizovun da adı keçir. Bu xəbərdaqlıqdan sonra bir qədər ehtiyyatlı olan Əziz Əzizovun rayondakı bütün idarə və qurumların rəhbərlərinə ehtiyyatlı olmaları üçün göstəriş verdiyi deyilirdi.

Hətta nəzarətindəki bir neçə biznes strukturlarını qorumaq üçün müəyyən rəsmi dəyişiklik etmək  məcburiyyətində qalan icra başçısı sözün həqiqi mənasında narahat idi. Amma görünür, vəziyyət bir qədər düzəlib. Elə buna görədir ki, Ə.Əzizov Cəlilabadda ən yeni qaydalar tətbiq edib.

arxiv.bizimxeber.az-a daxil olan məlumata görə, Ə.Əzizov Cəlilabadda yeni biznes strukturları qurmağa başlayıb. Cəlilabada yaxın rayonlardan birində (?) olan biznesinin bir hissəsini bağqa rayona yönəltməyə çalışan icra başçısı bunun üçün mümkün vasitələrə əl atıb.

Onun bunu hansı məqsədlə etdiyi dəqiq bilinməsə də, ehtimala görə, yaxın vaxtlarda onunla bağlı yeni qərarların olması gözlənilir.

Bu barədə dəqiq və müfəssəl məlumatları yaxın günlərdə təqdim edəcəyik.

Bizi izləyin!
arxiv.bizimxeber.az



Əziz Əzizov biznesini hara və niyə köçürür? yazısına 3 şərh yazıldı




Yuxarı Geri Ana səhifə