Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Ayan” MMC-nin məhsulları nə qədər keyfiyyətlidir?
“Ayan” MMC-nin məhsulları nə qədər keyfiyyətlidir?
10 Aprel 2014 / 11:34 / Baxış sayı: 1536
Font1 Font2 Font3 Font4

Şirkətin istehsalı olan “Qızıl Quyu” limonadları bazar yol tapa bilmir 

Ölkəmizdə bəzi özəl müəssisələrin standartlara cavab verməyən qida məhsullarının istehsal ilə məşğul olması barədə dəfələrlə dəqiq faktlar göstərilib. Bu sahəyə nəzarət edən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi keyfiyyətin yüksəldilməsi üçün daimi yoxlamalar keçirir,  insanları məlumatlandırır. Hətta belə müəssisələri cərimələyir də. Lakin buna baxmayaraq məlum problemin qarşısını almaq hələ də mümkün deyil. Müəyyən şəxslərin və məmurların nəzarəti və dayağı altında fəaliyyət göstərən belə müəssisələr hələ də öz məlum işlərini davam etdirirlər.

Sovetlər dağıldıqdan sonra Azərbaycanda sahibkarlığın inkişafı üçün kifayət qədər münbit şərait yaradıldı. Sahibkarlar dövlətdən bütün növ dəstək alaraq istehsal müəssisələri yaratdılar. Nəticədə əsas diqqət Azərbaycanın özünün istehsal reytinqi artması idi.  Əlbətdə, reytinq artdı, müəssisələr açıldı, amma keyfiyyət hələ də nəzarətsiz qalır.

Təbii ki, öz gələcək inkişafını görən, bəzi sahibkarlar bu işə ciddi yanaşdı və bazara təmiz və keyfiyyətli məhsullar çıxartmaq qərarı verdi. Və uğurlu nəticə əldə etdi. Bəziləri isə yalançı reklamlardan istifadə edərək istehsal etdikləri standartdan kənar məhsulları bazara sırıya bildi. Məhz bunun nəticəsidir ki, bu gün ölkə bazarında standartlara cavab verməyən qida məhsullarına rast gəlinir.

arxiv.bizimxeber.az-ın araşdırmasına görə, belə müəssisələridən biri 2005-ci ildə təsis edilmiş “Ayan” MMC-dir.  Müəssisəyə məxsus saytın məlumatlarında qeyd olunur ki, MMC-nin yaradılmasında əsas məqsəd, dünya standartları tələblərinə cavab verən yüksək keyfiyyətli məhsulların istehsalı, daxili və xarici bazarlarda onların satışının təşkil etməkdir. Amma, onlar bunu bacara biliblərmi? Bu gün MMC-nin bazara çıxardığı  “БЕЛОЧКА”, “Tək-tək” adı altında ağ-qara günəbaxan tumları nə qədər keyfiyyətlidir və ya təhlükəsizdir?

Bu tumlar barədə dəfələrlə yazılıb və deyilib. Nəticə isə göz qabağındadır. Hətta onların vaxtından əvvəl qurudulması, müəyyən xəstəliklər yaratması barədə də verisiyalar irəli sürülüb.

İndi isə daha maraqlı məqam MMC-nin istehsalı olan ticarət şəbəkələrinin piştaxtalarını bürüyən “Qızıl Quyu” limonadlarının keyfiyyətidir. Yay fəsilinin gəlməsi insanların suya tələbatını artırır. Elə isə bazarda özünə yer etmək istəyən Ayan MMC-nin  “Qızıl Quyu” limonadlarının keyfiyyəti necədir?

arxiv.bizimxeber.az-a daxil olan məlumata görə, MMC-də bütün növ müasir avadanlıqlar quraşdırılıb.  Amma bu o demık deyil ki, keyfiyyət yüksəkdir. Məsələn, əldə olunan məlumata görə, Ayan MMC yaxın günlərdə yeni avadanlırlar da alıb. “Qızıl Quyu” limonadlarının keyfiyyətini  müəyyən etmək üçün istehsalı Gürcüstana məxsus və bu ölkənin ərazisində satılan “Nataktari”ni içmək kifayətdir. Fərqi hiss edəcəksiniz.

Məlumat üçün bildirək ki, 2005-ci ildə yaradılan Ayan MMC əvvəlcə qida məhsullarının istehsalı və ixracı ilə məşğul olub.  Bazarda  ugur qazana bilməyən MMC 2011-ci ildən  limonad istehsalına başlayıb. “Qızıl Quyu” limondlarının üzərində məhsulun yumşaldılmış və süzülmüş Şahdağ suyundan gürcü texnologiyası ilə hazırlandığı iddia edilir. Amma bu sahəyə yaxın olanlar bildirir ki, içkinin qəbulu zamanı dad gerçəyi ortaya qoyur.

Məlumatlara görə, bu limonadlar Xaçmaz dağlarından gələn bulaq suyundan deyil, “Azərsu”nun su kəmərlərindən ötürülən adi sulardan hazırlanır və bazara təqdim olunur. Ehtimal ki, Benzoy turşusundan istifadə edilməsi nəzərdə tutulmadığı halda, limonadların tərkibinə bu maddədən vurulur. Bu hallar dünya bazarına çıxmaq istəyən bir MMC-nin uğuru sayıla bilməz.

Daha bir məlumata görə, yay fəsilinin başlaması ilə əlaqədar bütün su istehsalı ilə məşğul olan şirkətlərdə ciddi yoxlamalar aparılır. Amma “Ayan MMC” bu yoxlamalardan kənarda qalır. Səbəb isə bəlli deyil.  Bu barədə daha geniş araşdırma yazısını yaxın günlərdə təqdim edəcəyik…

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə