Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Sabirabadda “işıqpulu üsyanı”
Sabirabadda “işıqpulu üsyanı”
10 Aprel 2014 / 12:26 / Baxış sayı: 40
Font1 Font2 Font3 Font4

Aprelin 10-da Saatlının Yeni Novruzlu kəndinin 50-dən çox sakini etiraz aksiyası keçirib. Onlar elektrik borclarına görə yüksək cərimələnmələrinə etiraz ediblər. Polis aksiyanı dağıdıb.  Dünən axşamdan aksiya fəallarından bir neçəsinə aksiyaya çıxmamaq üçün təhdid olunduğu da bildilir.

Kəndə çoxsaylı polis qüvvələri yeridilib. Yeni Novruzlu kəndindəki etiraz aksiyasından sonra növbəti aksiya Sabirabadın Camallı kəndində başlayıb. Bu aksiyada da kəndlilər enerji borclarına görə yüksək cərimələnmələrinə etiraz edirlər. Novruzludakı aksiyanı dağıdandan sonra polis Camallı kəndinə gedib. Bu kəndlərin sakinləri “Azadlıq” radiosunun hadisə yerində olan müxbirinə bildiriblər ki, iki gün əvvəl onlara Sabirabad Elektrik Şəbəkəsindən cərimə qəbzləri göndərilib. Qəbzlərə görə, sakinlərin ən az 400, ən çox 1300 manat borcu var.

Bu cür cərimə qəbzləri Sabirabadın Əsgərbəyli, Qasımbəyli, Axtaçı, Muradbəyli, Naxalıq kəndlərinin sakinlərinə də göndərilib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə