Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

«Aqrolizinq» ASC Masallı rayon filialının dirktoru kasıb kəndliləri iflas etdirmək üçün çalışır?
«Aqrolizinq» ASC Masallı rayon filialının dirktoru kasıb kəndliləri iflas etdirmək üçün çalışır?
10 Aprel 2014 / 12:28 / Baxış sayı: 52
Font1 Font2 Font3 Font4

«Aqrolizinq» ASC Masallı rayon filialının direktoru Eldar Hüseynov Masllıda texnikanı və gübrəni kasıb əhaliyə iki qat artıq qiymətə, vəzifəli və imkanlı şəxslərə isə iki qat ucuz qiymətə verir 

Masallı rayonunda əkin-biçin vaxtı əhali kənd təsərrüfatı texnikasının çatışmamazlığıqndan əziyyət çəkir. Bu üzdəndə bir çox hallarda kəndlilər ya əkinlərini vaxtından əvvəl əkə bilmirlər, ya da məhsullarını vaxtında toplaya bilmədiklərinə görə ziyanla üzləşirlər. Bunun əsas əsəbələrindən biri isə «Aqrolizinq» ASC Masallı rayon filialının nəzdində fəaliyyət göstərən «Aqroservis»in    texnikalarını özünə və rayon məmurlarının təsərürfatlarında işlətməsidir.

PİA.AZ-a Masallıdan ünvanlanan şikayət məktubunda bildirilir ki, dövlət tərəfindən Masallı «Aqroservis»i kifayət qədər texnika ilə təmin etməsinə baxmayaraq bir qayda olaraq Masallıda taxıl biçini zamanı ciddi şəkildə kombayn və texnika çatışmamazlığı meydana çıxır. Şikayətçi bildirir ki, onlar hər il bu problemlə üzləşirlər və elə bu üzdəndə problemi Kənd Təsərrüfatı Nazirliynin diqqətinə çatdırmağı gərəkli hesab edirlər. Bildirilir ki, bir qayda olaraq kasıb kəndlilər Salyan və Neftçalada biçin qurtardıqdan sonra həmin rayonlardan gələn texnika ilə öz məhsullarını toplayırlar. Bu bir tərəfdən məhsulun böyük itkiylə toplanmasına səbəb olur, digər tərəfdən isə kənar rayonlardan gələn texnika sahibləri xidmət haqqını iki qata çıxarılar.
PİA.AZ-a şikayət ünvanlayan vətəndaş bildirir ki, Masallı «Aqroservis»də texnika kifayət qədər olsa da, «Aqrolizinq» ASC Masallı rayon filialının direktoru Eldar Hüseynov və Masallı «Aqroservis»in direktoru Qafil Məmmədov həmin texnikaları baha qiymətə ətraf rayonlara və Masallıdakı imkanlı və vəzifəli şəxslərə icarəyə verir. Bu üzdəndə kasıb insanların məhsulu batır. Hansı ki, həmin kasıb insanlar bütün il boyu ümidlərini toplaycaqları məhsula bağlayırlar. Amma Eldar Hüseynov və Qafil Məmmədov ikilisinin «mərhəməti» sayəsində onlar onlar hər il ümidlərini «yeməli» olurlar.
PİA.AZ-ın bu barədə apardığı araşdırma nəticəsində məlum olub ki, «Aqrolizinq» ASC Masallı rayon filialının «Aqroservis» təşkilatında doğurdanda kifayət qədər texnika var. Amma bu texnikalar bir qayda olaraq Eldar Hüseynovun və Qafil Məmmədovun şəxsi gəlirləri üçün çalışdırılr.
Məlumatlı mənbə bildirir ki, Masallı rayonunda Eldar Hüseynova məxsus məxsus 200 hektardan çox torpaq sahəsi var və rəhbərlik etdiyi Aqrolizinq» ASC Masallı rayon filialının tabeçiliyində olan müasir texnikalar taxıl biçini zamanı birinci növbədə qurum direktorunun və digər vəzifəli şəxslərin əkin sahələrində çalışır. Bildirilir ki, rayonda vəzifəsi olan bəzi məmurlarda kasıb əhalidən fərqli olaraq 100 hektarlarla əkin sahələrini Eldar Hüseynovun sayəsində vaxtında əkib biçə bilirlər. Amma tək gəliri topraq olan kasıb kəndlilər məhz Eldar Hüseynovun  sayəsində son tikələrindən mərhum olurlar və sonucda həmin insanlar bir tikə çörək dalınca tikintilərə və daş karxanalarına üz tutmağa məcbur olurlar.
Bizim araşdırmamız nəticəsində məlum oldu ki, Masallı «Aqrolizinq» ASC Masallı rayon filialının direktoru Eldar Hüseynov  taxıl biçən kombaynları sadə kənd sakinlərinin adlarına sənədləşdirilərək onlardan alınan yüksək kirayə haqqını 50% faiz azaldır. Bundan sonra isə həmin texnikalar ya rayonda məmurların təsərrüfatlarında, ya da qonşu rayonlara yollanılır və Eldar Hüseynov hər bir texnikaya görə gündəlik təyin etdiyi haqqı alaraq mənimsəyir. Mənbəmiz qeyd edir ki, Eldar Hüseynov bu maxinasiyalarını rayon «Aqroservis»in müdiri Qafil Məmmədovla şərikli həyata keçirir. Yəni dövlətin texnikaları sayəsində Eldar Hüseynov və Qafil Məmmədov varlanır, bunun müqabilində isə Masallının kəndli  təsərrüfatları iflas edir. Yüzlərlə insan isə ağır sosial şəraitdə yaşamağa məcbur olur.
Mənbəmiz  onu da qeyd edir ki, Eldar Hüseynov İcra hakimiyyətinin və kənd icra nümaynədlərinin əli saxta aktlar tərtib edərək «Aqrolizinq» ASC Masallı rayon filialına verilən yüz tonlarla gübrələri, bahalı dərman pereparatlarını qara bazarda satıdırır. Nəticədə isə yenə kasıb kəndlilər gübrə və dərmanları ikiqat qiymətə qara bazardan almağa məcbur olur. Və yenədə vəzifəli və varlı insanlar öz səlahiyyətlərindən və əlaqələrindən istifadə edərək dövlətin kasıb kəndlilərə ayırdığı gübrə və dərman pereparatlarını yarı qiymətinə ala bilirlər. Mənbəmiz idda etdi ki, Masallı rayonunda böyük torpaq sahələri olan sahibkarlara satılan gübrələri məhz Eldar Hüseynov tərəfindən topdan satış qiymətinə satılır.  Eldar Hüseynovun gübrə maxinasiyasından il boyu qazancının yüz min manatalarla olduğu və bu vəsaitin bir hissəsinində məhz icra başçısına verdiyi qeyd olunur.
Qeyd edək ki, bir müddət öncə mətbuatda Eldar Hüseynovun Masallıda 1 ton azot gübrəni fermerlərə 280 manata satdığı ilə bağlı məlumatlar dərc olunmuşdu. Həmin məlumatlarda bildirilirdi ki, dövlət «Aqrolizinq» ASC Masallı rayon filialının sənədlərində  1 ton azot gübrəsinin satış qiyməti 384 manat qeyd olunub. Həmin gübrələrin 50%-i yəni 192 manatı dövlət büdcəsi tərəfindən ödənildiyi və  Masallı  “Aqrolizinq”  idarəsinin direktoru Eldar Hüseynov  280 manata satdığı 1 ton azot gübrəsindən  80 manat hazır qazanc götürdüyü qeyd olunmuşdu.
Yazıda adı keçən şəxslərin mövqyeini dərc etməyə hazırıq…

arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə