Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

DİN-dən Salyandakı vəhhabi qiyamına reaksiya gəldi – (Yenilənib)
DİN-dən Salyandakı vəhhabi qiyamına reaksiya gəldi – (Yenilənib)
10 Aprel 2014 / 12:32 / Baxış sayı: 38
Font1 Font2 Font3 Font4

DİN mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov virtualaz.org saytının Salyanda vəhhabi qiyamıın baş verməsi ilə bağlı xəbərlərə dair sorğusunu cavablandırıb.

E.Zahidov bildirib ki, yayılan xəbərlərdə yanlışlıqlar var: “Bu gün bəzi xəbər portallarında guya Salyanda vəhhabilərə qarşı kütləvi etirazların baş verməsi barədə olan xəbərlər əslində baş verən hadisənin əsl mahiyyətini əks etdirmir.

Təəssüfləndirici haldır ki, bununla bağlı məlumat əldə edən KİV nümayəndələri ən azından bu xəbəri əlaqədar orqanlarla və ya şəxslərlə dəqiqləşdirməli olduğu halda tez-tələsik, bir az da şişirdilmiş formada öz saytlarına yerləşdirib. Odur ki, xəbərdə göstərilən əsassız iddiaları təkzib edərək bildirirəm ki, Salyanda guya məscidə hücum olması və oranın dağıdılması barədə deyilənlər kökündən yanılışdır və uydurmadır. Həqiqət isə ondan ibarətdir ki, dünən axşam Salyan rayon sakini Fərid Pənahov DİN-in “102” zəng xidmətinə, atası Mahir Pənahov isə Salyan Rayon Polis Şöbəsinə müraciət edərək bir qrup şəxsin onlara məxsus mağazanın adı yazılan lövhəsini daşla sındırmalarını bildiriblər. Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə xırda xuliqanlıq hərəkətləri törədərək mağaza sahibinə maddi ziyan vuran 6-7 nəfərdən ibarət bir qrupun üzvlərinin şəxsiyyətləri müəyyən olunub, onlar RPŞ-yə dəvət edilərək izahatları alınıb. Hazırda faktla bağlı RPŞ-də təhqiqat aparılır”.

*   *   * 12:58

Bu dəqiqələrdə Salyanda dünənki olaylarla bağlı araşdırmalar gedir.

Xəbər verdiyimiz kimi, dünən Salyanda vəhhabi təriqətindən olanlara qarşı yerli əhalinin hücumu baş vermişdi. Dünənki hadisələrdə fəallıq göstərməkdə şübhəli bilinən şəxslər Polis Şöbəsinə çağırılır. Şəhərin Mirqulam adlı axundu hal-hazırda polisdə dindirilir.

Dünənki hadisələrdə vəhhabi təriqətindən olan Mansur adlı şəxs ölümcül döyülüb. Ağır xəsarət alan daha bir şəxs isə vəhhabi təriqətindən olan Rafael adlı şəxsin oğludur. Salyanda vəhhabi camaatının imamı Möhsün adlı şəxsdir.

*   *   * 11:02

Dünən Salyanda yerli əhalinin bir qrupu vəhhabi məscidinə hücum edərək oranı dağıdıb.

Virtualaz.org azadliq.info-ya istinadən bildirir ki, qəzəblənmiş dəstə, eyni zamanda vəhhabi icmasının əsas simalarından olan iş adamının dükanını da dağıdıblar. Dükanın adı “Haris” olub. Salyanın şiə əhalisi hesab edir ki, vəhhabi iş adamı İmamın övladlarının qətlə yetirilməsində adı hallanan bir adamın adını dükana verməklə şiələrin heysiyyatı ilə oynayıb.

Ətraflı xəbər verəcəyik.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə