Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Azdrama”da Anarın əsərindən imtina etdilər
“Azdrama”da Anarın əsərindən imtina etdilər
10 Aprel 2014 / 12:49 / Baxış sayı: 32
Font1 Font2 Font3 Font4

Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın “Səhra yuxuları” əsərinin səhnələşdirilməsinə qadağa qoyulub.

Bu barədə aznews.az-a məlumat verən mənbə bildirib ki, sözügedən əsər vaxtilə Akademik Dram Teatrının səhnəsində oynanılıb. Amma bir-iki tamaşadan sonra bu əsər repertuardan çıxarılıb. Mənbə deyib ki, otən il həmin əsərə rejissor Rövşən Almuradlı quruluş vermək istəsə də, buna mane olublar.

Xəbərə görə, rejissor bununla bağlı Akademik Dram Teatrının direktoru İsrafil İsrafilovla görüşüb. O, “Səhra yuxuları”na quruluş vermək istədiyini bildirsə də, teatrın direktorundan “yox” cavabı alıb. Mənbə onu da əlavə edib ki, Anarın özü “Səhra yuxuları” əsərinin hazırlanmasında maraqlı olub. Bununla bağlı “Azdrama”nın rəhbərliyinin qadağasını eşidincə İ.İsrafilova əsəbiləşib. Bundan sonra Mədəniyyət və Turizm Nazirliyinə müraciət edib, amma nəticə dəyişməyib. Bundan sonra məlum olub ki, qadağa İ.İsrafilovun şəxsi münasibəti ilə bağlı deyil.

Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov xəbəri dolayısıyla olsa da təsdiqləyib: “Teatrın repertuar planı və həm də siyasəti var. Əgər hər rejissor istədiyi əsərə quruluş versə və buna görə teatra gəlsə, onda ən azı repertuarda 20 tamaşa qoyular. Bu da mümkünsüzdür. Təbii ki, hər rejissor bir tamaşa qoymaq istəyir. Hər istək həyata keçsə, teatrda hərc-mərcilik olar ki… Mən bütün rejissorlarla, dramaturqlarla söhbət edirəm. Rövşən Almuradlı ilə də bu barədə söhbət etdik. Onlara bir daha xatırlatdım ki, teatrda hər hansı bir əsərin quruluş verilməsinə Mədəniyyət və Turizm Nazirliyi icazə verməlidir. Yəni bunlar dövlət sifarişi səviyyəsində olur”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə