Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Araz Əzimov: “Heç bir dəyişiklik yoxdur“
Araz Əzimov: “Heç bir dəyişiklik yoxdur“
10 Aprel 2014 / 13:02 / Baxış sayı: 50
Font1 Font2 Font3 Font4

“Bu bizim maraqlarımıza uyğun gəlmir”

“Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlarda intensivləşmənin getdiyini demək olmaz. Qarşı tərəfin mövqeyində heç bir dəyişiklik yoxdur və dəyişiklik üçün də tendensiya görünmür”.

Trend xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Araz Əzimov bildirib. A.Əzimovun sözlərinə görə, rəsmi Bakının ATƏT-in Minsk qrupunun həmsədrlərindən zaman çərçivəsində gileyləri həmişə çox olub: “Hazırkı geosiyasi vəziyyətdə Ukraynada baş verənlərlə bağlı olaraq həmsədr ölkələr arasında məncə əlaqələr həddən artıq gərginləşib. İnanmıram ki, Minsk qrupu çərçivəsində onlar bir araya gəlib, ortaq məxrəcin axtarışı yolları ilə ciddi şəkildə məşğul olsunlar. Əgər Minsk qrupunun hesabına hansısa görüntülü vəziyyət yaratmaq istəsələr, bu da bizim maraqlarımıza uyğun gəlmir”.

XİN rəhbərinin müavini Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin Moskvada baş tutan görüşünün sıradan növbəti görüş olduğunu deyib: “Anladığım və dəyərləndirdiyim qədər, Ermənistanın xarici işlər naziri həmişəki kimi inkarçılıq mövqeyində durub. Beləliklə, Azərbaycan tərəfini belə vəziyyət heç cür qane edə bilməz”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə