Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Raport yazan general niyə vəzifədə saxlanılır?
Raport yazan general niyə vəzifədə saxlanılır?
10 Aprel 2014 / 13:22 / Baxış sayı: 34
Font1 Font2 Font3 Font4

“Çox qəribə görünür ki, müharibə vəziyyətində olan ölkədə vacib postlar nədənsə boş saxlanılır”. Bu sözləriarxiv.bizimxeber.az a  açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib. O, hazırda mühüm strateji postlara Müdafiə Nazirliyinin təcili təyinatlar həyata keçirməli olduğunu bildirib:

“Müdafiə Nazirliyində baş verəcək hadisələri qabaqcadan proqnozlaşdırmaq çətindir. Yəqin ki, bundan sonra da orada kadr islahatları olacaq. Müdafiə Nazirliyinin müəyyən strateji postlarda mütləq mənada təyinatlar həyata keçirməsini istəyərdim. Çox qəribə görünür ki, müharibə vəziyyətində olan ölkədə vacib postlar nədənsə boş saxlanılır. Əvvəla, Hərbi Dəniz Qüvvələrinin komandanı və Qərargah rəisi vəzifəsindən çıxardılıb və təəssüf ki, yeni təyinat aparılmayıb. Adətən, əvvəl kadr tapılır, sonra isə kimsə vəzifəsindən çıxardılır.

Digər bir məsələ isə Silahlı Qüvvələrin Akademiyası ilə bağlıdır. Görün neçə müddətdir ki, bu cür strateji yer polkovnik-leytenant rütbəli şəxsə tapşırılıb. Məncə, belə yanaşma kökündən yanlışdır”.

Ekspert bir müddət öncə intihar edən polkovnik-leytenantla bağlı nazirliyin yaydığı xəbərin onda olan məlumatla uyğun gəlmədiyini qeyd edib:  “Açığı, son günlər bəzi məqamlar məni narahat edir. Tənqidlərimizdən nəticə çıxarmaq əvəzinə, bizi hədəfə alırlar. Biz axı kənar müşahidəçi olaraq düşündüyümüzü və yaxşı olmasını istəyirik! Dünən Müdafiə Nazirliyinin verdiyi açıqlamada deyirlər ki, özünü asan polkovnikin vəzifəsi qaldırılıb. Nə vaxtdan Müdafiə Nazirliyinin aparatında xidmət etmiş şəxsin aşağı vəzifəyə keçirilməsi yüksəltmə hesab edilir? Məncə, belə məsələlərə barmaqarası yanaşmaq olmaz və nazirlik sözçüsü açıqlamalarında diqqətli olmalıdır”.

Üzeyir Cəfərov orduda həyata keçirilən kadr siyasətində istefaların yox, müəyyən yerdəyişmələrin vacib olduğunu deyib:

“Necə olur ki, Müdafiə Nazirliyi general Çingiz Məmmədovun istefaya getməsi ilə bağlı raporta münasibət bildirməyib?Hələ ötən il Zakir Həsənov nazir təyin olunanda Çingiz Məmmədov istefa ilə bağı raport yazmışdı. Niyə qədər kadr siyasətini bərbad günə qoyan Çingiz Məmmədov vəzifədə saxlanılır? Kadr siyasətində istefalar yox, ciddi yerdəyişmələr olmalıdır”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə