Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Siqaretin qiyməti düşdü – SƏBƏB
Siqaretin qiyməti düşdü – SƏBƏB
10 Aprel 2014 / 13:47 / Baxış sayı: 38
Font1 Font2 Font3 Font4

Azərbaycanda tütün məhsullarının qiymətində enmə müşahidə olunur. AzNews.az bununla bağlı satış məntəqələrində araşdırma aparıb. Bir müddət əvvəl qiyməti 10 qəpik, bəziləri isə 20-60 qəpik məbləğində bahalaşan siqaretlərin qiyməti aşağı enməyə başlayıb. Belə ki, “West” siqaretinin pərakəndə qiyməti yenidən 80 qəpiyə endirilib. Ölkədə tütün məmulatları istehsalı ilə məşğul olan “European Tobbaco” şirkəti siqaretin qiymətindəki dəyişikliklərlə bağlı şirkətin 012 490-30-24 nömrəli telefonu ilə əlaqə saxladıq.

Özünü şirkətin rəsmi əməkdaşı kimi təqdim edən şəxs bildirdi ki, onlara bu barədə danışmamaq tapşırığı verilib. Şirkət nümayəndəsi bu tapşırığın haradan və niyə verildiyi haqda da danışmaq istəməyib: “Gedin digər məhsulların qiymətinin artıb-azalmasını soruşun, tütünün qiymətini niyə soruşursunuz ki? Əgər siqaret bahadırsa çəkməyin”. İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu isə bildirib ki, qiymətlərin bahalaşması bu istiqamətdə xərclərin çoxlması deməkdir.

Onun fikrincə, siqaretin qiymətinin qalxması siqaret çəkənlərin, eyni zamanda sözügedən şəxslərin təmsil etdiyi ailələrin büdcəsinə təsir edir: “Çünki siqaret qiymətinin artmasından və yaxud ucuzlaşmasından aslı olmayaraq istehlakın miqdarında azalma qeydə alınmır. Bu o deməkdir ki, siqaret çəkən insanlar lazimi qədər pul xərcləməklə bundan istifadə edəcəklər. Digər tərəfdən siqaret ölkədə ən çox istehlak olunan mallardan biri olduğu üçün tütün məhsullarının qiymətinin qalxması infilyasiyaya da təsir edəcək”.

Q. İbadoğlu əlavə edib ki, tütün məhsulu ölkədə tək əldə istehsal olunur və satıldığı üçün bu sahədə qiymət oynaması da istisna deyil: “Digər tərəfdən tütünün qiymətinin qalxması dünya bazarında gedən prosseslərlə də bağlı ola bilər”.

Bizimxeber,az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə