Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Minada həlak olan hərbçilərə şəhid statusu veriləcək
Minada həlak olan hərbçilərə şəhid statusu veriləcək
10 Aprel 2014 / 14:57 / Baxış sayı: 64
Font1 Font2 Font3 Font4

Müdafiə Nazirliyi aprelin 7-də cəbhənin Füzuli istiqamətində mina partlaması nəticəsində həlak olan 3 hərbçiyə şəhid adının verilməməsi ilə bağlı son günlər sosial şəbəkələrdəki müzakirələrə aydınlıq gətirib.  “Qafqazinfo”nun sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, aprelin 7-də gecə saat 22.30 radələrində cəbhənin Füzuli istiqamətində mina partlaması nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin həlak olan 3 hərbi qulluqçusuna “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq şəhid adı veriləcək.

Qeyd edək ki, hadisə nəticəsində kapitan Orucəliyev Ceyhun Pirəli oğlu, əsgər Kərimov Seyfəddin Nəvai oğlu və əsgər Abdullayev Novruz Qurban oğlu həlak olublar, əsgər Musayev Bəhruz Məhəmmədəli oğlu, əsgər Mirzəyev Alı Pənah oğlu, əsgər İsgəndərzadə Azər Eyyub oğlu, əsgər Zülfüqarov Mürsəl İbrahim oğlu, əsgər Cəbrayılov Sadiq Misirxan oğlu və əsgər Talıbov Emin Talıb oğlu yaralanıblar.

Eyni zamanda nazirliyin mətbuat xidmətindən əlavə olunub ki, hadisə zamanı həlak olan hərbi qulluqçuların hər birinin dəfn və yas mərasimində Müdafiə Nazirliyinin nümayəndələri və xüsusilə də hərbçilərin xidmət etdiyi Hərbi Hissələrin yüksək rütbəli zabitləri iştirak edib: “O cümlədən hər üç hərbi qulluqçunun ailəsinə diqqət və qayğı göstərilib”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə