Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Zakir Həsənov yeni Qərargah rəisi təyin etdi
Zakir Həsənov yeni Qərargah rəisi təyin etdi
10 Aprel 2014 / 15:02 / Baxış sayı: 54
Font1 Font2 Font3 Font4

Müdafiə naziri Zakir Həsənovun əmri ilə bir müddət öncə Şəmkir korpusunun Qərargah rəisi təyin edilən Xəqani Cəbrayılova yeni vəzifə verilib.

Cəbhənin Füzuli rayonu ərazisində yerləşən hərbi hissədə bir neçə gün əvvəl 4 hərbçinin ölümü ilə nəticələnən mina partlayışından sonra əraziyə səfər edən Zakir Həsənov toplantı keçirib. Beyləqan korpusunun tabeliyində olan hərbi hissədə baş verən bu hadisədə birləşmənin yuxarı komandanlığını ittiham edən nazir? sərt addımlar atacağı ilə bağlı xəbərdarlıq edib. Z. Həsənov cəbhədən Bakıya dönən kimi isə adıçəkilən korpusun komandanlığında ciddi dəyişiklik edilməsinə dair əmr imzalayıb. Nazir Xəqani Cəbrayılovu Beyləqan korpusunun Qərargah rəisi təyin edib.

Qeyd edək ki, Xəqani Sərdar oğlu Cəbrayılov cəbhə yoldaşları arasında nümunəvi döyüşçü kimi tanınıb. 90-cı illərdə müharibə bölgəsində böyük döyüş təcrübəsi keçib.

O, Ali Baş Komandan – dövlət başçısı tərəfindən 2011-ci ildə Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə “İgidliyə görə” medalı ilə də təltif edilib.

Bütün bunlara baxmayaraq, sabiq nazir Səfər Əbiyev bu hərbiçini cəzalandırmış, onun rütbəsini endirmişdi. Zakir Həsənov nazir təyin edildikdən sonra isə onun rütbəsini bərpa etmiş, əvvəlcə Şəmkir korpusuna qərargah rəisinin müavini, bir qədər sonra isə qərargah rəisi təyin etmişdi. /aznews.az/

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə