Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Zaqatalanın icra başçısına Bakıya gəlməyə qadağa qoyuldu?-Foto
Zaqatalanın icra başçısına Bakıya gəlməyə qadağa qoyuldu?-Foto
10 Aprel 2014 / 15:35 / Baxış sayı: 170
Font1 Font2 Font3 Font4

Keçən günlərdə redaksiyamıza bir əyalət məmurunun ölkə başçısının tapşırıqlarını necə qulaqardına vurmasını sübutlayan maraqlı məlumatlar və fotofaktlar ötürüldü ki, onlarla sizi tanış etmişik.

Belə ki, Tia.az bildirir ki,Zaqatala rayon İcra Hakimiyyətinin Başçısı Mübariz Əhmədzadənin qanunlara meydan oxuduğunu iddia edən mənbə dia.az-ın elektron ünvanına yolladığı məlumatda bildirirdi ki, Cənab prezdentin ən ciddi göstərişlərinə əməl etməyən icra başçısı hətta avtoşluqla da məşğuldur. 67 yaşlı İH başçısı prezdentin maşınların pərdələrinin yıgışdırılması ilə bağlı tələbini qulaqardına vurur.
“Özü və rayonun digər yüksək rütbəli məmurları şəxsi və xidməti maşınlarında nümayişkaranə şəkildə pərdədən istifadə edir” deyə iddia irəli sürən mənbə bildirmişdi ki, Zaqatalanın icra başçısı Mübariz Əhmədzadə 19 mart 2014 cü il tarixində Zaqatala rayonunda keçirilən ümumi rayon “Novruz Bayramı” tədbirində və 22 mart 2014 cü il tarixində Əliabad qəsəbəsində keçirilən “Novruz Bayramı” tədbirində xidməti 62-AA-001 və 62-AA-002 maşınlarının qara plyonkalarını hətta yerli DYP rəisindən belə gizlətməyə çalışmır.

Təbii ki, yerlərdə icra başçılarının bütün yerli dövlət qurumlarının rəhbərlərindən üstün olduğunu hər kəs yaxşı bilir. Amma icra başçılarının qanunlardan üstün olmadığı da məlumdur. Buna rəğmən Mübariz Əhmədzadəyə “gözün üstündə qaşın var” deyəcək şəxsi əslində Zaqatala DYP-sində yox, Bakıda axtarmaq lazımdır.

Bu barədə DYP-dəki qaynaqlardan ötürülən informasiyada bildirilir ki, yerli DYP-nin icra başçısının maşınının plyonkalarını sökməsi inandırıcı görünməsə də, həmin maşınlar Bakı ərazisində görünəcəyi təqdirdə dərhal cərimə meydançasına salınacaq:

“Bu barədə DYP rəhbərliyinə müvafiq təlimat verilib. Başçının maşını Zaqataladan kənar ərazidə müvafiq normalara uyğun hala gətiriləcək”.

Qarşı tərəfi də dinləməyə hazırıq…



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə