Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Deputat nazir qardaşının və onun oğlunun müdafiəsinə qalxdı – (Yenilənib)
Deputat nazir qardaşının və onun oğlunun müdafiəsinə qalxdı – (Yenilənib)
10 Aprel 2014 / 15:53 / Baxış sayı: 34
Font1 Font2 Font3 Font4

“Transqeyt” MMC-nin qardaşlarıma və Anar Məmmədova heç bir aidiyyəti yoxdur”

Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, Milli Məclisin deputatı Elton Məmmədov paytaxtdakı marşrut avtobusu sürücülərinin əmək haqlarını ala bilməməsi və səbəbdən də “Transqeyt” MMC-nin rəhbər olan Anar Məmmədovdan şikayətçi olmaları barədə məsələyə münasibət bildirib.

Virtualaz.org-un məlumatına görə, deputat E.Məmmədov publika.az-a açıqlamasında deyib ki, sərnişindaşıma özəl sektordur. Onun sözlərinə görə, bu məsələyə nazir Ziya Məmmədovun və ya onun oğlunun heç bir aidiyyəti yoxdur: “Mən başa düşmürəm ki, sərnişin daşımaya Ziya Məmmədovun və ya Anar Məmmədovun nə aidiyyəti var? Nəqliyyat Nazirliyi Azərbaycanda nəqliyyatın siyasətini tənzimləyir. Sərnişindaşıma sektorunda isə özəl şirkətlər fəaliyyət göstərir. Bura Nəqliyyat Nazirliyinin hər hansı müdaxilə etmək səlahiyyəti yoxdur.

“Transqeyt” MMC-nin də qardaşlarıma və Anar Məmmədova heç bir aidiyyəti yoxdur. Bu şirkət özəl və şərikli şirkətdir, öz iş prinsipi var, rəhbərliyi də ayrıdır. Bu özəl şirkətin Nəqliyyat Nazirliyinə də aidiyyəti yoxdur. Mən bu barədə yazılanları növbəti şantaj xarakterli iş hesab edirəm. Bununla ara qarışdırmaq istəyirlər”.

*     *      * 10:49

“Sonuncu dəfə yanvar ayında əmək haqqı almışıq. Artıq üçüncü aydır ki, maaş üzünə həsrətik. Daha bıçaq sümüyə dirənib”

Virtualaz.org bildirir ki, bunu musavat.com-un əməkdaşına paytaxtdakı marşrut avtobusunun sürücülərindən biri deyib. Adının çəkilməsini istəməyən sürücünün sözlərinə görə,  “Transqeyt” MMC-nin rəhbər şəxsləri heç bir ciddi səbəb gətirmədən onların halal haqqını verməkdən imtina edirlər. Hətta bu səbəbdən bir neçə dəfə marşrut avtobuslarının sürücüləri xəttə çıxmaqdan imtina edib aksiya keçirmək niyyətinə də düşüblər. Lakin son anda rəhbərlik müxtəlif vədlər verərək onları fikrindən daşındırıb. Bununla belə, sürücülər yaxın vaxtlarda tətilə başlamaqla bağlı müzakirələr aparırlar. Verilən məlumata görə, Bakının əsas marşrut avtobuslarının daxil olduğu şirkətin haqsızlığı artıq son həddə çatıb. “Ayda 150-200 manat maaş alırıq, onu da bizə çox görürlər. 40, 44, 100 və digər çoxsaylı marşrutların sürücüləri əməlli-başlı istismar olunur. Bizi qul əvəzinə işlədirlər, pulumuzu vermirlər”.

Sürücülər planın çoxluğundan da şikayətləniblər: “Hər gün 104 manat plan veririk. Üstəlik 20 manat əlavə haqq ödəyirik. Bunun da üzərinə 70 manatlıq yanacağı, yemək-içmək, siqaret pulu gələndə 200 manatdan artıq eləyir. Biz də 20 qəpiyə işləyən adamıq, nə gecəmiz, nə də gündüzümüz var. Buna görədir ki, avtobus qəzalarının sayı çoxalıb. Sürücülər ölüm-dirim yarışına çıxırlar ki, axşam balasının boğazından kəsib planı ödəməsin. Bu yandan da verdikləri cüzi əmək haqqını kəsiblər. Daha bu cür haqsızlığa dözmək olmur…”

Xatırladaq ki, şirkətin sahibi nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovdur.

Məsələ ilə bağlı “Transqeyt” MMC-nin mövqeyini dərc etməyə hazırıq.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə