“Qafqazinfo”ya daxil olan məlumatda bildirilir ki, iki gün əvvəl Binə qəsəbəsində dəfn olunan Novruz Abdullayevin yas mərasimində Nazirliyin yüksək rütbəli məmurlardan heç biri iştirak etməyib. Əsgərin yaxınlarını məyus edən isə onun ölümünə nazirliyin belə laqeyd yanaşmasıdır: “Müdafiə Nazirliyindən bir neçə nəfər Novruzun qəbrinin qazılmasında iştirak etsə də, dəfn və hüzr mərasiminə heç kim gəlməyib. Sanki bu uşaq cəbhə bölgəsində xidmət etməyib, bu torpaq uğrunda həlak olmayıb”.
Qeyd edək ki, dünyasının dəyişən hərbçilərlə bağlı mediada müzakirə olunan daha bir məqam onlara şəhid statusunun verilməməsi ilə bağlıdır. Bu arada onu da bildirək ki, Zakir Həsənov yeni Müdafiə naziri təyin olunanda həyatını itirən əsgərlərin dəfn mərasimini təmtəraqla keçirirdi, nazir hətta bir neçə əsgərin ölümündən sonra ordenlər vermişdi. Eyni zamanda onların dəfn mərasimində yaylım atəşləri açılmışdı.
arxiv.bizimxeber.az